Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 394 Bakı şəhəri, 5 sentyabr 2024-cü il

N.Y.Kəngərlinin xatirəsinin əbədiləşdi­rilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, XX əsr Azərbaycan memar­lığının görkəmli nümayəndələrindən biri, əməkdar inşaatçı, SSRİ Dövlət mükafatı lau­reatı Nəsrulla Yaqub oğlu Kəngərlinin xatirə­sini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının Mədəniy­yət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Nəsrulla Yaqub oğlu Kəngərlinin Bakı şəhə­rində yaşadığı binaya (İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsində yerləşən) xatirə lövhəsinin vurulmasını təmin etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları