№ 393 Bakı şəhəri, 4 sentyabr 2024-cü il
“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 2 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 2 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 551 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.7-ci bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“1.7. Beynəlxalq Dəniz Təşkilatı (bundan sonra - BDT) nömrəsi – gəmiyə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən verilən identifikasiya nömrəsi.”;
1.2. 2.8.6-cı yarımbənddən “(İMO)” akronimi çıxarılsın;
1.3. 6.1-ci bənd, 6.1.1-ci və 6.1.7-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“6.1. Aşağıdakı hallarda gəmi Dövlət gəmi reyestrindən və ya berbout-çarter reyestrindən mütləq çıxarılmalıdır:
6.1.1. Dövlət gəmi reyestrində qeydiyyata alınmış gəminin mülkiyyətçisinin və ya berbout-çarter reyestrində qeydiyyata alınmış gəminin fraxtedəninin ərizəsi (səbəbi göstərilməklə) əsasında;”;
“6.1.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.”;
1.4. 6.1.4-cü yarımbənddə “məhv olduqda” sözləri “istismara yararsız hala düşdükdə” sözləri ilə əvəz edilsin;
1.5. həmin Qaydalara 1 nömrəli əlavənin 8-ci hissəsindən “identifikasiya” sözü çıxarılsın;
1.6. həmin Qaydalara 2 nömrəli əlavənin 8-ci hissəsindən “identifikasiya” sözü çıxarılsın;
1.7. həmin Qaydalara 6 nömrəli əlavə üzrə:
1.7.1. 31.4-cü bənddə “şəhadətnaməsi (sərnişin gəmisi üçün)” sözləri “gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsi” sözləri ilə əvəz edilsin;
1.7.2. 31.6-cı bənddə “çeşidi” sözü “nişanı” sözü ilə əvəz edilsin;
1.7.3. 31.7-ci bənddə “Gəmi heyətinin minimal” sözləri “Minimum heyət” sözləri ilə əvəz edilsin;
1.7.4. 31.8-ci bənddə “çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə” sözləri “çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadətnamə” sözləri ilə əvəz edilsin;
1.7.5. 31.10-cu bənd ləğv edilsin.
2. “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin, “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın və “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 439 (Cild I); 2024, № 3, maddə 328) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dəniz limanı kapitanı haqqında Əsasnamə” üzrə:
2.1.1. 1.2-ci bəndə və 2.2.1-ci yarımbəndə “liman akvatoriyasında” sözlərindən sonra “, habelə dəniz əməliyyatları bazasında” sözləri əlavə edilsin;
2.1.2. 2.2.2-ci və 2.3.1-ci yarımbəndlərə ismin müvafiq hallarında “liman” sözündən sonra ismin müvafiq hallarında “və ya dəniz əməliyyatları bazası” sözləri əlavə edilsin;
2.1.3. 2.2.8-ci yarımbəndin birinci cümləsinə “yaxınlığında” sözündən sonra, ikinci cümləsinə isə “akvatoriyasında” sözündən sonra “, habelə dəniz əməliyyatları bazasında” sözləri əlavə edilsin;
2.1.4. 2.2.9-cu yarımbəndə “yaxınlığında” sözündən sonra “və ya dəniz əməliyyatları bazasında” sözləri əlavə edilsin;
2.1.5. 2.4-cü bəndə “çıxmasını” sözündən sonra “Agentlik ilə razılaşdırmaqla” sözləri əlavə edilsin;
2.1.6. 2.4.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.4.9-cu yarımbənd əlavə edilsin:
“2.4.9. hidrometeoroloji və naviqasiya şəraitinin dəyişməsi gəminin limandan çıxmasına maneə törətdikdə.”;
2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları” üzrə:
2.2.1. 1.7-ci bəndə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin;
2.2.2. 2.3.1-ci, 3.6.1-ci və 3.20.7-ci yarımbəndlərdə “BDT/İMO” akronimləri “Beynəlxalq Dəniz Təşkilatı” sözləri ilə əvəz edilsin;
2.2.3. 3.7-ci bəndə “limanına” sözündən sonra “və ya dəniz əməliyyatları bazasına” sözləri əlavə edilsin;
2.2.4. 3.20.3-cü (hər iki halda) və 3.20.7-ci yarımbəndlərə ismin müvafiq hallarında “liman” sözündən sonra ismin müvafiq hallarında “və ya dəniz əməliyyatları bazası” sözləri əlavə edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə” üzrə:
2.3.1. 3.2-ci və 6.5-ci bəndlərə, 3.3.1-ci yarımbəndə (hər iki halda) “limanlarına” sözündən sonra, 6-cı hissənin adına “limanlara” sözündən sonra “və ya dəniz əməliyyatları bazalarına” sözləri əlavə edilsin;
2.3.2. 4.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.1.4. minimum heyət tərkibi haqqında Şəhadətnamə;”;
2.3.3. 4.1.11-ci yarımbənddə “çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə” sözləri “çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadətnamə” sözləri ilə əvəz edilsin;
2.3.4. 4.1.18-ci yarımbənddə “təhlükəsizliyi haqqında şəhadətnamə” sözləri “təhlükəsizlik üzrə şəhadətnaməsi” sözləri ilə əvəz edilsin;
2.3.5. 4.1.20-ci yarımbənd ləğv edilsin;
2.3.6. 5.3.1-ci yarımbənddə “heyətin minimum” sözləri “minimum heyət” sözləri ilə əvəz edilsin;
2.3.7. 5.3.4-cü yarımbənddə “sertifikatları” sözü “şəhadətnamələri” sözü ilə əvəz edilsin;
2.3.8. 5.5.1-ci, 5.5.2-ci (hər iki halda) və 6.5.3-cü yarımbəndlərə ismin müvafiq hallarında “liman” sözündən sonra ismin müvafiq hallarında “və ya dəniz əməliyyatları bazası” sözləri əlavə edilsin;
2.3.9. 6.4-cü bənddə “limanadək” sözü “limana və ya dəniz əməliyyatları bazasınadək” sözləri ilə əvəz edilsin;
2.3.10. 6.5.3-cü yarımbəndə (üçüncü halda) “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1211 (Cild I); 2024, № 1, maddə 74, № 3, maddə 328) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:
“1.6. Bu Qaydaların müddəaları dəniz əməliyyatları bazalarına da şamil edilir və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət olunmasını Agentlik təmin edir.”;
3.2. 5.9.1-ci yarımbənddə “Təşkilatının” sözü “Təşkilatı” sözü ilə əvəz edilsin;
3.3. 6.6.1-ci yarımbənddə “identifikasiya” sözü “Beynəlxalq Dəniz Təşkilatı” sözləri ilə əvəz edilsin;
3.4. 8.11-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.11. Neft məhsulları ilə yüklənmiş gəminin kapitanı neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadətnamənin mövcudluğu barədə təyinat limanına məlumat verməlidir, əks halda təyinat limanı həmin gəmini qəbul etməkdən imtina edir.”;
3.5. 9.6.3-cü yarımbənddə “gəmi heyətinin tərkibi haqqında şəhadətnamə” sözləri “minimum heyət tərkibi haqqında Şəhadət-namə” sözləri ilə əvəz edilsin;
3.6. 9.6.6-cı və 10.9.8-ci yarımbəndlərdən “beynəlxalq” sözü çıxarılsın;
3.7. 9.6.7-ci yarımbənddə “təhlükəsizliyi haqqında şəhadətnamə” sözləri “təhlükəsizlik üzrə şəhadətnaməsi” sözləri ilə əvəz edilsin;
3.8. 9.6.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“9.6.12. neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadət-namə;”;
3.9. 10.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“10.3. Liman kapitanının aşağıdakı hallarda Agentlik ilə razılaşdırmaqla gəmiyə dəniz limanından çıxmağa icazə verməkdən imtina etmək hüququ vardır:”;
3.10. 10.3.2-ci yarımbəndə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin;
3.11. 10.3.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10.3.7-ci yarımbənd əlavə edilsin:
“10.3.7. hidrometeoroloji və naviqasiya şəraitinin dəyişməsi gəminin limandan çıxmasına maneə törətdikdə.”;
3.12. 10.9.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“10.9.9. sərnişin gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsini;”;
3.13. 10.9.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“10.9.14. neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadətnamə;”;
3.14. 10.9.15-ci yarımbənd və 10.24-cü bənd ləğv edilsin;
3.15. 10.9.16-cı yarımbənddə “gəmi heyətinin tərkibi haqqında şəhadətnaməni” sözləri “minimum heyət tərkibi haqqında Şəhadətnaməni” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 avqust tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1443 (Cild I); 2024, № 3, maddə 328, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1.4-cü yarımbənddə “şirkətə” sözü “şirkətin” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “tərəfindən verilən identifikasiya” sözləri çıxarılsın;
4.2. 2.2.10-cu yarımbənddə “şirkətə BDT tərəfindən verilən identifikasiya” sözləri “şirkətin BDT” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri