Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 392 Bakı şəhəri, 4 sentyabr 2024-cü il

“Qida təhlükəsizliyi haqqında” Azər­baycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barə­də” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanu­nunun icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabine­tinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Qida təhlükəsizliyi haqqında” Azərbay­can Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqə­dar Azərbaycan Respublikasının bəzi qanun­larında dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 47 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır: 

1. “Cəza çəkmədən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qayda­sının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 76 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Top­lusu, 2001, № 4, maddə 285 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Cəza çəkmədən azad edilmiş şəxslərin ərzaq, ge­yim, ayaqqabı ilə təmin olunması, onlara ge­diş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydası” üzrə:

1.2.1. adında “ərzaq” sözü “qida” sözü ilə, 5-ci və 6-cı hissələrdə “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

1.2.2. birinci abzasda “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.2.3. 2-ci hissənin birinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə, ikinci cümləsin­də “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin. 

2. “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsul­larının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2024-cü il 15 yanvar tarixli 22 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2024, № 1, maddə 89) adından, ikinci abzasından, həmin Qərarla təsdiq edilmiş “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nın adından, “Qeyd­lər” hissəsinin 1-ci abzasından (hər iki halda) və 2-ci abzasından “(ərzaq)” sözü çıxarılsın. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları