Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 360 Bakı şəhəri 25 iyul 2024-cü il

Azərbaycan Respublikası Maliyyə Mo­nitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərin­dən (ehtiyatlarından) əldə olunan məlumat­ların dairəsinin müəyyən edilməsi haqqın­da

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edil­miş əmlakın leqallaşdırılmasına və terror­çuluğun maliyyələşdirilməsinə qarşı müba­rizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 2.1.2-ci ya­rımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Azərbaycan Respublikası Maliy­yə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilərək bu Qərarın 1.1 – 1.12-ci bəndlərində nəzərdə tutulan orqanların (qurumların) informasiya sistem­lərindən (ehtiyatlarından) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respubli­kasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanunu ilə müəyyən edilmiş səla­hiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan aşağıdakı məlumatların elektron qaydada sorğu əsasında təxirə salınmadan al­maq hüququ təmin edilsin:

1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə:

1.1.1. Azərbaycan Respublikası vətən­daşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunda qeyd edilən eyniləşdirmə məlu­matları (soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, ümumvətəndaş pasportunun nömrə­si, verilmə tarixi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (bundan sonra - FİN) və fotoşəkli);

1.1.2. Azərbaycan Respublikasının hü­dudlarından kənara getməsi üçün Azərbay­can Respublikasında daimi yaşayan vətən­daşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsində qeyd edilən eyniləşdirmə məlumatları (soya­dı, adı, atasının adı, doğulduğu yer və tarix, hansı ölkədən gəldiyi, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi, FİN-i və fo­toşəkli);

1.1.3. Azərbaycan Respublikasının hü­dudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində qeyd edilən məlumat­lar (soyadı, adı, valideynlərinin soyadı və adı, doğulduğu yer və tarix, hansı ölkədən gəldi­yi, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, yaşadığı yer);

1.1.4. Azərbaycan Respublikasının hü­dudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatlar (soyadı, adı, atasının adı, doğul­duğu yer və tarix, hansı ölkədən gəldiyi, şəx­siyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, yaşadığı yer, ailə vəziyyəti barədə məlumat və fotoşəkli);

1.1.5. şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatlar;

1.1.6. axtarışda olan şəxslər barədə mə­lumatlar;

1.1.7. cinayət törətməkdə şübhəli bi­linən və ya təqsirləndirilən, məhkum olun­muş, inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının əməliyyat - sorğu kartotekalarında mövcud olan məlu­matları;

1.1.8. hüquqi və fiziki şəxslərə məxsus, dövlət qeydiyyatı Azərbaycan Respublikası­nın Daxili İşlər Nazirliyi tərəfindən aparılan mexaniki nəqliyyat vasitələri barədə məlu­matlar (nəqliyyat vasitəsinin növü, markası, modeli, tipi, dövlət qeydiyyat nömrəsi, sahi­binin soyadı, adı, atasının adı və şəxsiyyəti­ni təsdiq edən sənədin seriyası, nömrəsi və FİN-i);

1.2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üzrə:

1.2.1. ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı barədə məlumatları;

1.3. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti üzrə:

1.3.1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının əra­zisində müvəqqəti və daimi yaşamaq üçün icazə verilməsi, müvəqqəti olma müddətinin uzadılması barədə məlumatlar;

1.3.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazi­sində haqqı ödənilən əmək fəaliyyətini hə­yata keçirmək üçün iş icazələrinin verilməsi barədə məlumatlar;

1.3.3. Azərbaycan Respublikasının əra­zisində müvəqqəti və daimi yaşayan, habelə müvəqqəti olma müddəti uzadılmış əcnəbilə­rin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatlar;

1.3.4. Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə eyniləşdirmə məlu­matları (soyadı, adı, doğulduğu yer və tarix, vətəndaşlığı, sənədin növü, seriyası və nöm­rəsi);

1.4. Azərbaycan Respublikasının Ədliy­yə Nazirliyi üzrə:

1.4.1. şəxsin (Azərbaycan Respublika­sının vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı ol­mayan şəxslərin) Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilən eyniləşdirmə məlumatları (soyadı (əvvəlki soyadları), adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, fo­toşəkli, doğulduğu yer və tarix, cinsi, vətən­daşlığı, ailə vəziyyəti, ölüm tarixi);

1.4.2. ərin (arvadın) FİN-i (olduğu hal­da), soyadı, adı, atasının adı barədə məlumat­lar;

1.4.3. valideynlərin FİN-i (olduğu halda), soyadı, adı, atasının adı barədə məlumatlar;

1.4.4. uşağın FİN-i (olduğu halda), soya­dı, adı, atasının adı barədə məlumatlar;

1.4.5. notariat qaydasında təsdiq edilmiş aşağıdakı müqavilələr barədə məlumatlar:

1.4.5.1. daşınmaz əmlakın alqı-satqı­sı üzrə müqavilələr, habelə torpağın icarə hüquqlarının alqı-satqısı üzrə müqavilələr barədə məlumatlar;

1.4.5.2. icarə müqavilələri barədə məlu­matlar;

1.4.5.3. kredit müqavilələri barədə məlu­matlar;

1.4.5.4. ipoteka müqavilələri barədə mə­lumatlar;

1.4.5.5. girov müqavilələri, o cümlədən pul vəsaitlərinin girovu müqavilələri barədə məlumatlar;

1.4.5.6. kirayə müqavilələri barədə mə­lumatlar;

1.4.5.7. borc müqavilələri barədə məlu­matlar;

1.4.5.8. əmlak bölgüsü üzrə müqavilələr barədə məlumatlar;

1.4.5.9. pulun bağışlanmasına dair müqa­vilələr barədə məlumatlar;

1.4.5.10. beh müqavilələri barədə məlu­matlar;

1.4.5.11. qiymətli kağızların özgənin­kiləşdirilməsi üzrə müqavilələr barədə mə­lumatlar;

1.4.5.12. nəqliyyat vasitələrinin özgənin­kiləşdirilməsi üzrə müqavilələr barədə məlu­matlar; 

1.4.5.13. hüquqi şəxsin paylarının alqı-satqısı və bağışlanması haqqında, habelə təsis edilməsi haqqında müqavilələr barədə məlumatlar;

1.4.5.14. hüquqi şəxsin yaradılması ilə əlaqədar notariat qaydasında təsdiq edilmiş etibarnamələr (müqavilələr) barədə məlu­matlar;

1.4.5.15. elektron imzanın alınması məqsədilə notariat qaydasında təsdiq edilmiş etibarnamələr barədə məlumatlar;

1.4.6. hüquqi şəxsin təsis edilməsi zama­nı notariat qaydasında təsdiq edilmiş sənədlər barədə məlumatlar;

1.4.7. pul vəsaitlərinin, qiymətli kağız­ların, bank və ya qiymətli kağız hesablarının idarə edilməsi ilə əlaqədar notariat əməliy­yatları barədə məlumatlar; 

1.5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə:

1.5.1. rezident və qeyri-rezident şəxslər tərəfindən valyuta sərvətləri və milli valyuta­nın gömrük sərhədindən keçirilməsinə, eləcə də malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar valyuta əməliyyatlarına nəzarət barədə məlumatlar;

1.5.2. gömrük orqanları tərəfindən valyu­ta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquq pozuntuları barədə məlumatlar;

1.5.3. fiziki və hüquqi şəxslərin idxal və ixrac əməliyyatlarına dair gömrük bəyan­namələri barədə məlumatlar;

1.6. Azərbaycan Respublikasının İqtisa­diyyat Nazirliyi üzrə:

1.6.1. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyest­ri üzrə məlumatlar (hüququ rəsmiləşdirilən şəxsin (o cümlədən əvvəlki hüquq sahiblə­rinin) soyadı, adı, atasının adı (hüquqi şəxs olduqda tam adı və vergi ödəyicisinin ey­niləşdirmə nömrəsi (bundan sonra – VÖEN), hüququn növü, daşınmaz əmlakın növü, mül­kiyyət növü, qeydiyyat tarixi, ümumi sahəsi və reyestr nömrəsi);

1.6.2. daşınmaz əmlak üzərində mülkiy­yət hüquqlarının məhdudlaşdırılması (ser­vitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzə­rinə həbs qoyulması, daşınmaz əmlaka dair tələblər), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədəolma tarixi barədə məlumatlar; 

1.6.3. vergi ödəyicilərinin məlumatları (fiziki şəxsin soyadı, adı, atasının adı, FİN-i, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, doğulduğu tarix, vətəndaşlığı, hüquqi şəx­sin adı, keçmiş adı, fiziki və hüquqi şəxsin VÖEN-i və onun verilmə tarixi, təşkila­ti-hüquqi forması, faktiki və hüquqi ünvanı, əlaqə vasitələri, dövlət qeydiyyatını aparan orqan (qurum), nizamnamə kapitalının val­yutası və məbləği, mülkiyyət növü, statusu, ləğv edilmə tarixi, sorğu edilən tarixə barə­sində cinayət işinin olub-olmaması, vergi borcları və səyyar vergi yoxlamaları barədə məlumatlar);

1.6.4. vergi ödəyicilərinin əsas və digər fəaliyyət növlərinin adları barədə məlumat­lar;

1.6.5. hüquqi şəxsin təsisçilərinin (işti­rakçılarının) məlumatları (fiziki şəxsin so­yadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, doğulduğu tarix, vətəndaşlığı, hüquqi şəxsin tam adı, fi­ziki və hüquqi şəxsin VÖEN-i, təsisçi olduğu tarixlər) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar;

1.6.6. vergi ödəyicisi olan hüquqi şəxsin qanuni təmsilçisinin (rəhbərinin) məlumatla­rı (fiziki şəxsin soyadı, adı, atasının adı, şəx­siyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, doğulduğu tarix, vətəndaşlığı hüquqi şəxsin tam adı, VÖEN-i, qanuni təmsilçi (rəhbər) kimi fəaliyyətinin başladığı və bit­diyi tarix);

1.6.7. vergi ödəyicilərinin təsisçisi ol­duğu hüquqi şəxsin (şəxslərin) məlumatları (tam adı, VÖEN-i, qeydiyyat ölkəsi, hüquqi ünvanı, mülkiyyət növü, ləğv olunma tarixi);

1.6.8. vergi ödəyicilərinin təsisçisi oldu­ğu hüquqi şəxsin əsas və digər fəaliyyət növ­ləri barədə məlumatlar;

1.6.9. müşahidə şurası üzvlərinin məlu­matları (soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, doğulduğu tarix, vətəndaşlığı, müşahidə şu­rasının üzvü olduğu tarixlər);

1.6.10. vergi ödəyicilərinin hesabları barədə məlumatlar;

1.6.11. vergi ödəyicilərinin gəlirləri, xərcləri, mənfəəti (zərəri) və aktivləri barədə məlumatlar;

1.6.12. vergi ödəyicilərinin vergi hesab­lamaları, ödənişləri və artıq ödəmələr barədə məlumatlar;

1.6.13. təqdim edilmiş bəyannamə məlu­matlarına əsasən muzdlu işçilərin soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, vəzifəsi və onların gəlirləri barədə məlumatlar;

1.6.14. vergi ödəyiciləri tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesabların­dan çıxarılmasına görə hesablanmış vergilər barədə məlumatlar; 

1.6.15. səyyar vergi yoxlamaları və ope­rativ vergi nəzarəti tədbirləri zamanı aşkar olunan vergi qanunvericiliyinin pozulması, riskli vergi ödəyiciləri və əmtəəsiz əməliy­yatlar barədə məlumatlar;

1.6.16. elektron qaimə-fakturalar və alış aktları barədə təfsilatlı məlumatlar;

1.6.17. ƏDV-nin depozit hesabı üzrə sal­do və aparılan əməliyyatlar barədə məlumat­lar;

1.6.18. dövlət satınalma müqavilələri barədə məlumatlar;

1.7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respubli­kası Mədəniyyət Nazirliyinin daşınar əmla­kın rəsmi reyestrlərində qeydiyyata alınmış müvafiq olaraq kiçikhəcmli gəmilər və daşı­nar tarix və mədəniyyət abidələri üzrə:

1.7.1. daşınar əmlakın adı və növü barədə məlumatlar;

1.7.2. daşınar əmlakın mülkiyyətçisi və onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər barədə məlumatlar (fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, do­ğulduğu tarix, vətəndaşlığı, hüquqi şəxsin tam adı, VÖEN-i və qeydiyyat ölkəsi);

1.7.3. daşınar əmlaka mülkiyyət hüququ­nu və digər əşya hüquqlarını təsdiq edən sənədlər barədə məlumatlar;

1.7.4. daşınar əmlak üzərində hüquqların məhdudlaşdırılmasını, başqasına keçməsi­ni və bu hüquqlara xitam verilməsini təsdiq edən sənədlər barədə məlumatlar;

1.8. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə:

1.8.1. dövlət qulluqçusunun soyadı, adı, atasının adı və FİN-i;

1.8.2. dövlət qulluqçusunun işlədiyi döv­lət orqanının və tutduğu vəzifənin adı, əmək fəaliyyətinin başlama və bitmə tarixi və stajı;

1.9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

1.9.1. şəxsin işəgötürənlərinin adı və VÖEN-i, aylıq əməkhaqları, vəzifələri (peşələri), habelə işçi ilə əmək müqaviləsinin növü, bağlanıldığı və xitam verildiyi tarixlər, müddətli əmək müqaviləsinin müddətinin bitmə tarixi, əsas və əlavə iş yeri olması barə­də qeyd və əməyin ödənilmə forması barədə məlumatlar;

1.10. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə:

1.10.1. abunəçinin FİN-i və ya VÖEN-i əsasında müəyyən edilən telefon nömrəsi (məftilli olduğu zaman ünvanı), sellülar (mo­bil) və simsiz telefon nömrələri;

1.10.2. abunəçinin telefon (məftilli oldu­ğu zaman ünvanı), sellülar (mobil), simsiz te­lefon nömrəsi əsasında müəyyən edilən FİN-i və ya VÖEN-i;

1.11. Azərbaycan Respublikasının Mərkəzi Bankı üzrə:

1.11.1. “Valyuta tənzimi haqqında” Azər­baycan Respublikası Qanununun 16-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası­nın Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilmiş məlumatlar.

1.12. Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə:

1.12.1. cinayət yolu ilə əldə edilmiş əm­lakın leqallaşdırılması, terrorçuluğun maliy­yələşdirilməsi və predikativ cinayətlərə dair işlər üzrə siyahısı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Azərbay­can Respublikasının Baş Prokurorluğu ilə razılaşdırmaqla müəyyən etdiyi məlumatlar.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terror­çuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qa­nunu ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar bu Qərarın 1-ci hissəsində qeyd olunan məlumatlar Elekt­ron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya eh­tiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir. 

2.2. bu Qərarın 1-ci hissəsinin icrasının təmin edilməsi ilə əlaqədar xərclər Azərbay­can Respublikası Maliyyə Monitorinqi Xid­mətinin büdcəsi hesabına maliyyələşdirilir.

3. Azərbaycan Respublikasının Rəqəm­sal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qəra­rın 1-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının toplandığı informasiya sis­temlərinin (ehtiyatlarının) Azərbaycan Res­publikasının Maliyyə Monitorinqi Xidməti­nin informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasını təmin etsin.

4. Bu Qərarın 1.1-1.10-cu bəndlərində qeyd olunan dövlət orqanları (qurumları) fəa­liyyət istiqamətlərinə uyğun olaraq bu Qərar­dan irəli gələn digər məsələləri həll etsinlər.

5. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin nəzarət orqanlarının və müəyyən edilmiş digər orqanların (qurum­ların) informasiya resurslarından istifadəyə buraxılış dərəcəsinin (alınan məlumatların dairəsinin) müəyyən edilməsi barədə” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 sentyabr tarixli 359 nömrəli Qə­rarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2022, № 9, maddə 1093 (Cild I) ləğv edilsin.

6. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 ok­tyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının nor­mativ hüquqi aktlarının layihələrinin hazır­lanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”­nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları