Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 319 Bakı şəhəri, 26 iyun 2024-cü il 

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçula­rının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşla­rının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika­sı Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq və­zifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respub­likası Nazirlər Kabinetinin “Azərbay­can Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşla­rı”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Na­zirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluq­çusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqə­ladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilaset­mə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə ma­aşlarının məbləğləri”nin təsdiq edil­məsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respub­likası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qul­luqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcə­dən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvə­li üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqə­ladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilaset­mə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə ma­aşlarının məbləğləri”nin təsdiq edil­məsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nöm­rəli Qərarında dəyişikliklər edilmə­si barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublika­sı Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna ol­maqla) və xüsusi rütbəsi olan əmək­daşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edil­məsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qəra­rında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1561 (Cild I) ilə təs­diq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi­nin hərbi qulluqçularının və xüsusi rütbə­si olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin VI hissəsi yeni redaksiyada verilsin (əlavə olunur).

2. Nəzərə alınsın ki, bu Qərarın 1-ci hissəsi ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi cari ildə Azərbaycan Res­publikası Fövqəladə Hallar Nazirliyinin saxlanılması üçün ayrılan büdcə vəsaiti hesabına təmin ediləcəkdir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları