№ 320 Bakı şəhəri, 27 iyun 2024-cü il
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə aparılan struktur islahatlarının nəticəsində yaradılan yeni təşkilatların və xidmətlərin fəaliyyətə başlaması, bəzilərinin ləğv edilməsi və ya birləşdirilməsi ilə bağlı onların maliyyə təminatının həyata keçirilməsi, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi üçün vahid büdcə təsnifatının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359) aşağıdakı dəyişikliklər edilsin:
1. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:
1.1. 1.2.4-cü paraqraf ləğv edilsin;
1.2. “1.2.9. “Digər beynəlxalq fəaliyyət” paraqrafında “1.2.4” rəqəmləri “1.2.3” rəqəmləri ilə əvəz edilsin;
1.3. “4.0.0. “Təhsil” bölməsinə “işlər” sözündən sonra “və tədbirlərin keçirilməsi” sözləri əlavə edilsin;
1.4. “4.1.0. “Məktəbəqədər təhsil”, “4.2.0 “Ümumi təhsil” köməkçi bölmələrində və “4.2.1. “İbtidai təhsil”, “4.2.2. “Ümumi orta təhsil”, “4.2.3. “Tam orta təhsil”, “4.2.4. “İnternat tipli və xüsusi ümumtəhsil məktəbləri” paraqraflarında “ilə” sözü “və digər tədbirlərlə” sözləri ilə əvəz edilsin;
1.5. “4.3.0. “Peşə təhsili” köməkçi bölməsi aşağıdakı redaksiyada verilsin:
“4.3.0. “Peşə təhsili” köməkçi bölməsinə əmək bazarının tələbatına uyğun olaraq, peşə təhsili müəssisələrində dövlət sifarişi ilə kadr hazırlığı, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edən təhsil müəssisələrinin saxlanılması və onlara yardım göstərilməsi, tədbirlərin keçirilməsi ilə bağlı xərclər daxildir.”;
1.6. “4.4.0. “Orta ixtisas təhsili”, “4.5.0. “Ali təhsil” və “4.6.0. “Əlavə təhsil” köməkçi bölmələrinə “göstərilməsi” sözündən sonra “, tədbirlərin keçirilməsi” sözləri əlavə edilsin;
1.7. “4.9.3. “Təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər” paraqrafına “xərcləri” sözündən sonra “, habelə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı ilə bağlı xərclər” sözləri əlavə edilsin;
1.8. “11.4.3. “Dövlət əsaslı vəsait qoyuluşu” paraqrafının ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu paraqrafa həmçinin tikinti aparılacaq sahələrdə mövcud obyektlərin söküntüsü, yeni tikilmiş, bərpa olunmuş, əsaslı təmir edilmiş obyektlərin mebel, inventar və avadanlıqla təchiz olunması, həmin obyektlərin ərazilərinin abadlaşdırılması, dövlət ehtiyacları üçün tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi, texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması, müəllif nəzarəti, texniki nəzarət və məsləhət xidmətləri, maddi-texniki bazanın təkmilləşdirilməsi, proqram təminatı ilə bağlı və kredit, qrant və digər vəsaitlər hesabına həyata keçirilən layihələrdə dövlətin iştirak payı ilə əlaqədar və bu qəbildən olan digər xərclər daxildir.”;
1.9. “12.3.0. “Valyuta konvertasiyası” köməkçi bölməsi aşağıdakı redaksiyada verilsin:
“12.3.0. “Valyuta konvertasiyası” köməkçi bölməsinə valyutalararası mübadilənin həyata keçirilməsi, habelə ödəniş sistemlərindən istifadəyə görə xidmət haqlarının ödənilməsi ilə bağlı tələb olunan xərclər daxildir.”.
2. “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:
2.1. “221100. “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafına “kalkulyatorların,” sözündən sonra “möhür və ştampların,” sözləri əlavə edilsin;
2.2. “221400. “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” paraqrafına “vasitələrin,” sözündən sonra “sterilizasiya avadanlıqları üçün dezinfeksiyaedici məhlulların,” sözləri əlavə edilsin;
2.3. “222290. “Digər kommunal xidmətlərin haqqının ödənilməsi” maddəsində “kanalizasiya xətləri olmayan yerlərdə çirkab suların daşınması,” sözləri “su və kanalizasiya xətləri olmayan yerlərdə içməli suyun alınması və çirkab suların daşınması, yağış novlarının təmizlənməsi,” sözləri ilə əvəz edilsin;
2.4. “222920. “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə “avadanlıqların doldurulması,” sözlərindən sonra “təbii güllərə və əkmələrə qulluq edilməsi,” sözləri əlavə edilsin;
2.5. “222930. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” maddəsinə “yazılması,” sözündən sonra “ağacların budanması,” sözləri əlavə edilsin;
2.6. “263000. “Dövlət sifarişi, dövlət öhdəlikləri və bu qəbildən olan digər öhdəliklərin ödənilməsi” köməkçi bölməsinə “sığortalanması” sözündən sonra “və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin icrası” sözləri əlavə edilsin;
2.7. “263200. “İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait” paraqrafına “sığortalanması” sözündən sonra “və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi” sözləri əlavə edilsin.
3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).
4. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).
5. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq olunur.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri