Azərbaycan–Özbəkistan bank əməkdaşlığı

post-img

Azərbaycanın Mərkəzi Bankı ilə Özbəkistan Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Mərkəzi Bankın məlumatına görə, sənəd hər iki mərkəzi bank arasında əməkdaşlığın daha da möhkəmləndiril­məsinə və genişləndirilməsinə, həmçi­nin maliyyə sektorunun inkişafına töhfə verəcək. Eyni zamanda, Anlaşma Me­morandumu çərçivəsində qurumlar ara­sında mühüm sahələr üzrə tərəfdaşlığın dərinləşdirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qar­şılıqlı səfərlərin təşkilinin həyata keçiril­məsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Mərkə­zi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Düşənbəyə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüş keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

İqtisadiyyat