Ölkədə taxıl biçininin qızgın çağıdır. Bu günə qədər taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mexanizatorlar tərəfindən mövsümün əvvəlindən 635 min 646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 min 844 hektar çoxdur. Bütövlükdə isə, ötən müddətdə arpa sahələrinin 86,4 faizində, buğda sahələrinin isə 45,7 faizində biçin tam yekunlaşıb. Hazırda hektarın orta məhsuldarlığı arpa üzrə 29,7 sentner, buğda üzrə isə 31,9 sentner təşkil edir.
Nazirliyin məlumatına görə, biçin aparılmış zəmilərdən bu günə qədər 2 milyon 25 min 70 ton məhsul yığılıb, bunun da 1 milyon 89 min 912 tonu arpa, 935 min 158 tonu isə buğdadır.
Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunun 633-ü “Aqroservis” ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.