“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətindən (“Azərkosmos” ASC) redaksiyamıza verilən məlumata görə, bu qurum Çinin “Star.vision” texnologiya şirkəti ilə anlaşma memorandumu imzalayıb. İmzalama mərasimi “Star.vision” şirkətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Azərkosmos”da reallaşıb.
Memorandumun əsas məqsədi “Star.vision” tərəfindən hazırlanan süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi istiqamətlərində strateji əməkdaşlıq etməkdir. Həmçinin süni intellekt və peyk texnologiyası ilə Yerin müşahidəsinin mənzərəsini yenidən formalaşdırmaq məqsədi daşıyan qabaqcıl rəqəmsal təşəbbüslərin birgə icrası və təcrübə mübadiləsi də bura daxildir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib və “Azərkosmos” “Star.vision” şirkətini noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edilib.