№ 245 Bakı şəhəri, 3 may 2024-cü il
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126 (Cild I); 2024, № 1, maddə 122) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənddə, 1.2.3–1.2.6-cı yarımbəndlərdə, 2.1–2.2-1-ci, 2.7-ci, 3.4-cü, 4.1-ci bəndlərdə, 4.1.3-1-ci yarımbənddə, 4.2-ci, 4.3-cü, 4.3-1-ci bəndlərdə “bank” sözü “ödəniş” sözü ilə əvəz edilsin;
1.2. Qaydalara 1, 2 və 3 nömrəli əlavələrdə “Bank” sözü “Ödəniş hesabının” sözləri ilə əvəz edilsin və “bank” sözündən sonra “və ya digər ödəniş” sözləri əlavə edilsin;
1.3. Qaydalara 1, 2, 3, 4 və 5 nömrəli əlavələrə “bankın” sözündən sonra “və digər ödəniş xidməti təchizatçısının” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 62 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 aprel tarixli 221 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın 4.5.5-ci yarımbəndinə, 4.10.7-ci yarımbəndinin 5-ci abzasına (hər iki halda) “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri