№ 244 Bakı şəhəri, 3 may 2024-cü il
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 2422 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 260 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1199 (Cild I) ilə təsdiq edilmiş “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.2-ci yarımbəndə “stajorluq” sözündən sonra “(olduğu halda)” sözləri əlavə edilsin;
1.2. 2.2.1-ci yarımbənd ləğv edilsin;
1.3. 2.2.2-ci yarımbənddə “digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində” sözləri “digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 492 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2156 (Cild I) ilə təsdiq edilmiş “Miqrasiya orqanları işçilərinin attestasiyası Qaydası”nın 1.4-cü, 4.11-ci və 4.12-ci bəndləri ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri