Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 212 Bakı şəhəri, 16 aprel 2024-cü il

Biləsuvar rayonunun inzibati ərazisin­də dövlət mülkiyyətinə aid torpaq sahəsi­nin bərpa olunan enerji mənbələrinin əra­zisi kimi müəyyən edilməsi haqqında

“Elektrik enerjisi istehsalında bərpa olu­nan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Biləsuvar rayonunun inzibati ərazisin­də dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1454,0 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilsin (torpaq sahəsi­nin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).

2. Azərbaycan Respublikasının Energeti­ka Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə müəy­yən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Res­publikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edil­miş “Bərpa olunan enerji mənbələrinin əra­zisində elektrik enerjisi istehsalçısının seçil­məsi Qaydası”nın tələblərinə uyğun həyata keçirsin.

3. Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bər­pa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 1454,0 hektar torpaq sahə­sində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqın­da” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddət­də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qə­rarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmə­dikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respubli­kasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Qərarın icrasına nəzarət Azərbay­can Respublikası Nazirlər Kabineti Aparatı­nın Aqrar və ekologiya şöbəsinə həvalə edil­sin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları