Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 164 Bakı şəhəri, 16 mart 2024-cü il

“Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişik­liklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1005-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1913 nömrəli, “Əmtəə ni­şanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişik­liklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1007-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1915 nömrəli, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1008-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1916 nömrəli, “Müha­sibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barə­də” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” 2018-ci il 1 iyun tarixli 105 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2405 nömrəli Fərmanı­nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyi­şiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti haqqın­da” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli, “Pa­tent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1005-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1913 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanu­nunun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli, “Uyğunluğun qiymət­ləndirilməsi sahəsində akkreditasiya haqqın­da” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub-likasının 2018-ci il 23 fevral tarix­li 1007-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1915 nömrəli, “Ölçmələrin vəhdətinin təmin edil­məsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub-likasının 2018-ci il 23 fevral tarixli 1008-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1916 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqın­da” 2018-ci il 1 iyun tarixli 105 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2405 nömrəli Fərmanının icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət ilkin kəmiyyət vahidi etalon­larından kəmiyyət vahidlərinin ötürülməsinə görə xidmət haqqının məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 437 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2152 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

2. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (ll kitab), maddə 2751 (Cild I) 6-cı hissəsi ləğv edilsin.

3. “Peşəkar mühasib təşkilatının akkre­ditasiya olunması Qaydası”nın təsdiq edil­məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 may tarixli 204 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 941 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

4. “Peşəkar mühasib sertifikatının veril­məsi prosesinin təşkili, imtahanların keçi­rilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qay­daları”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı­nın (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2019, № 5, maddə 970 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2024-cü il 28 fevral tarixli 109 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.

5. “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstə­ricilərin hüquqi mühafizəsi sahəsində göstə­rilən xidmətlərin siyahısı və həmin xidmət­lərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı­nın (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2019, № 5, maddə 980 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

6. “Uyğunluğu qiymətləndirən qurumla­rın akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uy­ğunluğu qiymətləndirən qurumların akkredi­tasiyasının həyata keçirilməsi üçün planlaş­dırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 iyun ta­rixli 271 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1160 (Cild I) 4-cü hissəsi ləğv edilsin.

7. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 364 nömrə­li Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1236 (Cild I); Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları