Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 169 Bakı şəhəri, 19 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndədəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 26 fevral tarixli 65 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 361 (Cild I); Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2024-cü il 21 fevral tarixli 95 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.2-ci bəndində “Ali təhsil” sözləri “Peşə təhsili” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları