Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 168 Bakı şəhəri, 19 mart 2024-cü il

“Azərbaycan Milli Elmlər Akademi­yasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Milli Elmlər Akademiyası­nın Nizamnaməsinin təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fər­manının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

“Azərbaycan Milli Elmlər Akademiya­sının nəzdində Təbiət Tarixi Muzeyinin Ni­zamnaməsinin və strukturunun təsdiq edil­məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli 265 nömrəli Qərarında (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 896 (Cild I) aşağıdakı dəyişik­liklər edilsin:

1. Adında, 1-ci və 2-ci hissələrdə “Azər­baycan Milli Elmlər Akademiyasının nəzdin­də” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 1 nöm­rəli əlavə - “Azərbaycan Milli Elmlər Akade­miyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsi” üzrə:

2.1. adında və 1.1-ci bənddə “Azərbay­can Milli Elmlər Akademiyasının nəzdində” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin;

2.2. 1.3-cü bənddə “Azərbaycan Mil­li Elmlər Akademiyasının (bundan sonra - AMEA)” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik)” sözləri ilə əvəz edilsin;

2.3. 1.4-cü bənddə “AMEA-nın” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin; 

2.4. 3.1.1-ci yarımbənddə, 6.3-cü bən­din ikinci cümləsində, 6.4-cü bəndin üçün­cü cümləsində, 6.9-cu bənddə, 6.10.5-ci və 6.10.7-ci yarımbəndlərdə “AMEA-nın Rə­yasət Heyəti” sözləri “Nazirlik” sözü ilə əvəz edilsin;

2.5. 4.2-ci bənddə “AMEA-nın Rəyasət Heyətinin” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin;

2.6. 6.10.6-cı yarımbənddə “AMEA-nın Rəyasət Heyətinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş 2 nöm­rəli əlavə - “Azərbaycan Milli Elmlər Aka­demiyasının nəzdində Təbiət Tarixi Muzeyi­nin strukturu”nun adında “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları