Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 163 Bakı şəhəri, 16 mart 2024-cü il

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezi­dentin elektron qaydada vergi uçotuna alın­ması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Res­publikası Prezidentinin “Azərbaycan Res­publikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublika­sının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Res­publikası Prezidentinin “Azərbaycan Res­publikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbay­can Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Ver­gi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxs­lərdən alınmış mallara (neft və qaz məhsul­ları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarıl­ması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərman­larında dəyişiklik edilməsi barədə” 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli və “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 de­kabr tarixli 661-VIQ nömrəli Qanununun tət­biqi və Azərbaycan Respublikası Prezidenti­nin “Azərbaycan Respublika-sının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliy­yətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında də­yişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2409 nömrəli Fərmanının icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezi­dentin elektron qaydada vergi uçotuna alın­ması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarının (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1467 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları