Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 142 Bakı şəhəri, 13 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarix­li 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının aero­portlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nü­mayəndə heyətləri salonlarından istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Respub-likasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189 (Cild I); 2024, № 1, maddə 112) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mü­hüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydala­rı”nın 1.4-cü və 1.6-cı bəndləri ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları