Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 139 Bakı şəhəri, 12 mart 2024-cü il

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanu­nunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət satınal­maları haqqında” Azərbaycan Respubli­kasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun icrasını təmin et­mək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”­nin 3.2.13-cü yarımbəndində “müsa­biqələrin keçiril-məsi və müqavilələrin” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmaların keçirilməsi və satınalma müqavilələrinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 949 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnolo-giyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişləri­nin verilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.7-ci bəndin birinci cümləsində “tenderlərdə (sorğularda)” sözləri “satı­nalmalarda” sözü ilə əvəz edilsin;

2.2. 2.8-ci bənddə “güzəştli düzəliş” sözləri “satınalma güzəşti” sözləri ilə əvəz edilsin;

2.3. 2.10-cu bənddə “Tenderlər (sor­ğular)” sözləri “Satınal-malar” sözü ilə əvəz edilsin;

2.4. 2.14-cü bənddə “dövlət satınal­maları” sözləri “satınalmalar” sözü ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları