Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 136 Bakı şəhəri, 12 mart 2024-cü il

“Azərbaycan Respublikası Prezidentinin “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 de­kabr tarixli 170 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli, “İsteh­lakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 415-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 4 sentyabr tarixli 697 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişik­liklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 11 avqust tarixli 242 nömrəli, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli və “Xarici ölkələrə ixrac missiya­larının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağ­lı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən his­səsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qayda­sı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2018-ci il 11 yanvar tarixli 1784 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2407 nömrə­li Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezi­dentinin “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 de­kabr tarixli 170 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qa­nununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli, “İstehlakçı­ların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun­da dəyişikliklər edilməsi barədə” Azər­baycan Respublikasının 2012-ci il 29 iyun tarixli 415-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 4 sentyabr ta­rixli 697 nömrəli, “Azərbaycan Respubli­kasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respub­likasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 11 avqust tarixli 242 nömrəli, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqın­da” 2016-cı il 22 iyun tarixli 940 nömrəli və “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azer­baijan” brendinin xarici bazarlarda təş­viqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexa­nizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2018-ci il 11 yanvar tarixli 1784 nömrəli fərman­larında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2407 nömrəli Fərmanının icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

1. “Nəzarət markasının forması, uço­tu, istifadəsi və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2014, № 6, maddə 744 (Cild I) 2-ci hissəsi ləğv edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 469 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəl­ləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yer­ləşən binalara tətbiq edilən əmsallar”ın 3-cü hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2016, № 11, maddə 1952 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məc­mu gəlirinin hesablanması Qaydası”nın “Qeyd” hissəsi ləğv edilsin.

4. “Dəstək tədbirlərində iştirak edə­cək ixracatçıların seçilməsi üçün müsa­biqənin təşkili və keçirilmə Qaydası”nın və “Alıcı missiyasında iştirak edəcək xa­rici şəxslərin müəyyən edilməsi Meyar­ları”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2183 (Cild I); Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qərarı) 3-cü hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları