Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 88 Bakı şəhəri, 13 fevral 2024-cü il

“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəet­mə, təhsil və təlim fəaliyyəti ilə məş­ğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edil­məsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında də­yişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bilik və bacarıqlarının diaqnos­tik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəet­mə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxe­minin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2018, № 2, maddə 330 (Cild I) aşa­ğıdakı məzmunda 6-2-ci hissə əlavə edilsin: 

“6-2. Bu Qərar adambaşına maliy­yələşmə mexanizminin tətbiq edildiyi peşə təhsili müəssisələrinə şamil edil­mir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları