Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 71 Bakı şəhəri, 5 fevral 2024-cü il 

“Azərbaycan Respublikası Mü­dafiə Nazirliyinin hərbi və mülki iş­çilərinin aylıq vəzifə (tarif) maaşla­rının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğ­lərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşla­rının artırılması haqqında” Azərbay­can Respublikası Nazirlər Kabineti­nin 2004-cü il 21 avqust tarixli 115-12 nömrəli qərarına əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 mart tarixli 73-3 nömrəli qərarına və “Azər­baycan Respublikası Müdafiə Nazirli­yinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­ları istisna olmaqla) və mülki işçilə­rinin aylıq vəzifə (tarif) maaşlarının məbləğinin təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 199-20 nömrəli qərarına dəyi­şikliklər edilməsi haqqında” 2008-ci il 26 yanvar tarixli 16-2 nömrəli, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki iş­çilərinin aylıq vəzifə (tarif) maaşları­nın məbləğlərinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Müda­fiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşla­rının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyi­şikliklər edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli qə­rarlarında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluq-çularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşla­rının məbləğlərinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Müda­fiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşla­rının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarın­da dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 154-4 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr ta­rixli 394 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları­nın artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2341 nömrəli Fərmanı­nın 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 394 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1548 (Cild I); Azər­baycan Respublikası Nazirlər Kabineti­nin 2022-ci il 28 yanvar tarixli 32 nöm­rəli, 15 mart tarixli 86 nömrəli və 8 iyul tarixli 262 nömrəli, 2023-cü il 28 dekabr tarixli 486 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) ma­aşlarının məbləğləri” yeni redaksiyada verilsin (əlavə olunur, məxfi).

2. Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyinə tapşırılsın ki, bu Qəra­rın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbay­can Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları