Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 68 Bakı şəhəri, 5 fevral 2024-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istisma­rı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qəra­ra alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1445 (Cild I) ilə təs­diq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda aşağıdakı dəyi­şikliklər edilsin:

1.1. 1.4-cü bənd üzrə:

1.1.1. 1.4.5-ci yarımbənddən “qey­diyyat və” sözləri çıxarılsın;

1.1.2. 1.4.8-ci yarımbənddə “NKA və” sözləri “NKA-nın zavod nömrəsi və ya seriya nömrəsi, modeli,” sözləri ilə, “, VÖEN, obyektin kodu” sözləri “və qey­diyyat nömrəsi, VÖEN, vergi ödəyicisi­nin adı, təsərrüfat subyektinin (obyek­tinin) uçot kodu, təsərrüfat subyektinin (obyektinin) adı” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1-ci bənddə “modellərinin tətbiqinə icazə verilir” sözləri “modellə­rindən istifadə olunur” sözləri ilə əvəz edilsin;

1.2.2. 2.9-cu bənd üzrə:

1.2.2.1. “istifadəsi mümkün deyildir” sözləri “istifadəsinə icazə verilmir” söz­ləri ilə əvəz edilsin;

1.2.2.2. 2.9.8-ci yarımbəndin sonun­da nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmun­da 2.9.9-cu və 2.9.10-cu yarımbəndlər əlavə edilsin:

“2.9.9. nəzarət mexanizmi qurğusu olmadıqda və ya onun məlumat saxla­ma imkanı tükəndikdə;

2.9.10. Komissiya tərəfindən müəy­yən edilmiş NKA ilə bağlı texniki tələblər pozulduqda.”;

1.2.3. aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

“2.10. Bu Qaydaların 2.9-cu bəndin­də nəzərdə tutulan hallar aradan qal­dırıldıqdan sonra NKA-nın istismarına icazə verilir.”;

1.3. 3-cü hissə üzrə:

1.3.1. 3.1-ci bənd üzrə:

1.3.1.1. 3.1-ci bənd aşağıdakı redak­siyada verilsin:

“3.1. Aşağıdakı tələblərə cavab verən hüquqi şəxs operator kimi qey­diyyatdan keçmək üçün müraciət edə bilər:”; 

1.3.1.2. 3.1.2-ci yarımbənddə “1” rəqəmi “12” rəqəmləri ilə əvəz edilsin;

1.3.1.3. 3.1.3-cü yarımbənddə “zəru­ri avadanlıqlarla təchiz edilmiş ən azı 1 texniki filial və ya məntəqəsi olmalı” söz­ləri “Bakı şəhərində və digər regionlarda zəruri avadanlıqlarla təchiz edilmiş ümu­mi sayı ən azı 6 olan servis-texniki filial və ya məntəqəsi olmalı (5 servis-texniki filial və ya məntəqənin Bakı şəhəri is­tisna olmaqla Azərbaycan Respublika­sının müxtəlif regionlarında olması şər­tilə)” sözləri ilə əvəz edilsin;

1.3.1.4. 3.1.4-cü yarımbənddə “sənəd” sözü “sənədlər (o cümlədən gömrük bəyannaməsi)” sözləri ilə əvəz edilsin;

1.3.1.5. 3.1.5-ci yarımbəndin sonun­da nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmun­da 3.1.6–3.1.10-cu yarımbəndlər əlavə edilsin:

“3.1.6. fasiləsiz (24/7) fəaliyyət göstərən çağrı mərkəzi olmalı; 

3.1.7. proqram təminatlı avadanlıq­lara servis-texniki xidmətin göstərilməsi və proqram təminatının işlənib hazırlan­ması sahəsində 3 (üç) ildən çox təcrü­bəyə malik olmalı;

3.1.8. son 5 (beş) il ərzində fəaliyyəti olmalı; 

3.1.9. ən azı 2000 NKA ilə təmin olu­nacağı barədə NKA istehsalçısı tərəfin­dən təqdim olunan sənədi olmalı; 

3.1.10. NKA-da istifadəsi nəzərdə tutulan proqram təminatına sahiblik hüququnu və mənbə kodlarının möv­cudluğunu təsdiq edən sənədlərə malik olmalı.”;

1.3.2. 3.2-ci bənd üzrə:

1.3.2.1. 3.2-ci bəndin ikinci cümləsin­də “aşağıdakı sənədləri əlavə edir” söz­ləri “müvafiq olaraq aşağıdakı sənədlər əlavə edilir” sözləri ilə əvəz edilsin;

1.3.2.2. 3.2.1-ci yarımbənddə “3.1.2-ci və 3.1.4-cü” sözləri “3.1.2-ci, 3.1.4-cü, 3.1.9-cu və 3.1.10-cu” sözləri ilə əvəz edilsin;

1.3.3. 3.3-cü bənddə “2 gün” sözləri “5 iş günü” sözləri ilə əvəz edilsin və “nü­munəsinin” sözündən sonra “, NKA-nın texniki sənədlərinin əslinin (sənədlərin əsli xarici dildə olduqda onların Azər­baycan dilinə tərcümə edilmiş və notari­al qaydada təsdiqlənmiş surəti), NKA-ya qanunsuz müdaxilələrin qarşısını almaq üçün istifadə edəcəyi nömrələnmiş sti­ker, plomb və möhür nümunələrinin, eləcə də NKA-ya xidmət edən texniki heyətin imza nümunələri və istifadə et­diyi ştampların nümunələrinin” sözləri əlavə edilsin;

1.3.4. 3.4-cü bəndin birinci cümlə­sində “15” rəqəmləri “60” rəqəmləri ilə, üçüncü cümləsində “15” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin;

1.3.5. 3.7-ci bənd üzrə:

1.3.5.1. 3.7.5-ci yarımbəndə “bəndin­də” sözündən sonra “və Komissiya tərə­findən müəyyən edilmiş nəzarət-kassa aparatlarının operatorlarına dair funksi­onal tələblər və fəaliyyətinin təşkili üzrə təlimatda” sözləri əlavə edilsin;

1.3.5.2. aşağıdakı məzmunda 3.7.6-1-ci və 3.7.6-2-ci yarımbəndlər əlavə edilsin:

“3.7.6-1. NKA-nın istehsalçıdan əldə edilməməsi, həmçinin NKA-ların ölkəyə gətirilməsini təsdiq edən sənədin olma­ması və ya qanunla müəyyən edilmiş qaydada tərtib edilməməsi aşkar edil­dikdə;

3.7.6-2. Operator tərəfindən dövlət reyestrinə daxil edilən NKA modelləri son 2 il müddətində vergi orqanında heç bir istifadəçinin adına uçota alınmadıq­da;”;

1.3.6. 3.9-cu bənddə “3.7.6-cı” söz­ləri “3.7.6-2-ci” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 4.8-ci bənd əlavə edilsin:

“4.8. NKA tətbiq edilməklə aparılan əməliyyatlar üzrə vergi orqanının infor­masiya sistemlərinə daxil edilən və ver­gi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və (və ya) vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla açıqlanmamalı­dır.”;

1.5. 7-ci hissə üzrə:

1.5.1. 7.2.12-ci yarımbənddə “və eyni zamanda” sözləri vergül işarəsi ilə əvəz edilsin;

1.5.2. 7.2.23-cü yarımbənddə “10” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin;

1.6. aşağıdakı məzmunda 8.3.16-1-ci yarımbənd əlavə edilsin:

“8.3.16-1. təsərrüfat subyektlərində (obyektlərində) əhali ilə pul hesablaş­malarında, o cümlədən sifarişlərin idarə edilməsi, müştərilərin ödəməli olduğu yekun məbləğin hesablanmasında isti­fadə edilən və proqram təminatı və ya əməliyyat sistemi ilə təchiz edilmiş istə­nilən avadanlıq və qurğuların, o cümlə­dən istənilən xarakterli çap avadanlıqla­rının NKA-ya tam inteqrasiya edilməsini təmin etmək;”;

1.7. 9-cu hissə üzrə:

1.7.1. 9.1.1-ci yarımbənddə “müəy­yən edir” sözləri “və nəzarət-kassa apa­ratlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təli­matı müəyyən edir və onların təkmilləş­dirilməsi barədə təkliflərə baxır” sözləri ilə əvəz edilsin;

1.7.2. 9.1.3-cü yarımbəndə “serti­fikatlaşdırılmasını” sözündən sonra “, həmçinin müdaxilə nəticəsində NKA modellərinin bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmadığı aşkar edildiyi hallarda onların təkrar texniki sınağını” sözləri əlavə edil­sin;

1.7.3. 9.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.1.6. Operatorun və NKA-nın bu Qaydalar və Komissiya tərəfin­dən müəyyən edilmiş tələblərə uyğun olub-olmadıqlarının qiymətləndirilməsini həyata keçirir;”;

1.8. 10-cu hissə üzrə:

1.8.1. 10.1.7-ci yarımbəndə “sına­ğını” sözündən sonra “, həmçinin mü­daxilə nəticəsində NKA modellərinin bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmadığı aşkar edildiyi hallarda onların təkrar texniki sınağını” sözləri əlavə edilsin;

1.8.2. 10.1.9-cu yarımbənddə “NKA-nın” sözləri “operatorların” sözü ilə əvəz edilsin;

1.8.3. aşağıdakı məzmunda 10.1.14-1-ci və 10.1.14-2-ci yarımbəndlər əlavə edilsin:

“10.1.14-1. Komissiya tərəfindən müəyyən edilmiş nəzarət-kassa apa­ratlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təli­matın yerinə yetirilməsini yoxlayır;

10.1.14-2. Operator qismində qey­diyyatdan keçmiş hüquqi şəxsin Ope­rator kimi fəaliyyətini dövri olaraq təhlil edir və bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır;”;

1.9. 11.2.1-ci yarımbənddə “15” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Qərarla Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təs­diq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 3-cü hissəsində edilmiş dəyişikliklər bu Qərar qüvvəyə mindiyi tarixədək qeydiyyatdan keçmiş operatorlara şamil edilmir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları