Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 72 Bakı şəhəri, 5 fevral 2024-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmə­nin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

“Sosial xidmət haqqında” Azərbay­can Respublikasının Qanununda dəyi­şiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2023-cü il 24 oktyabr tarixli 1014-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Pre­zidentinin bəzi fərmanlarında və sərən­camlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 noyabr tarixli 2358 nömrəli Fərmanının 8-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 725 (Cild I) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənəd­lərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu hissənin adına və 10.1-ci bəndə “müəssisələrində” sözündən son­ra “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil mək­təblərində” sözləri əlavə edilsin.

2. 10.1.1-ci yarımbənd aşağıdakı re­daksiyada verilsin:

“10.1.1. şəxsin sosial xidmət müəs­sisələrini, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərini tərk etməsi ilə bağlı həmin müəssisələrin arayışı;”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları