Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 34 Bakı şəhəri, 19 yanvar 2024-cü il

“Azərbaycan Respublikasında döv­lət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qə­rarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747 (Cild I); Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 398 nömrəli Qərarı) ilə təs­diq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyə­ti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xa­rici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli böl­mələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqan­larının yanında yaradılan dövlət agent­liklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”­nin cədvəlinin 25-ci hissəsinin “cəmi” və “aparat üzrə” sütunlarında “19” rəqəmləri “22” rəqəmləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları