Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 29 Bakı şəhəri, 18 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarix­li 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilmə­sinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda də­yişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizin­ci abzasını rəhbər tutaraq, “Azərbay­can Respublikası Prezidentinin “Uşaq hüquqlarının həyata keçirilməsinə döv­lət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Uşaqların icbari dispanseriza­siyası haqqında” Azərbaycan Respub­likasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 10 aprel tarixli 861 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xəta­lar Məcəlləsinin təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanu­nunun tətbiqi barədə” 2016-cı il 15 fev­ral tarixli 795 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslə­rin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin bax­dığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edil­məsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Pre­zidentinin 2023-cü il 18 iyul tarixli 2228 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 66 (Cild I) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda aşağıdakı dəyi­şikliklər edilsin:

1. 1.3-cü bənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

2. Həmin Qaydaya əlavə - “Elektron anketin forması”nın 19-21-ci, 30-cu, 31-ci və 35-ci hissələrində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları