Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 28 Bakı şəhəri, 18 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 893-VIQD nömrəli Qanu­nunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2023, № 8 (II kitab), maddə 1280) ilə təs­diq edilmiş “Tikinti obyektlərinin qazpay­layıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1.4-cü bəndinə “sifarişçinin” sözündən sonra “(“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddə­sinin 10-1-ci hissəsi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları