Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 27 Bakı şəhəri, 18 yanvar 2024-cü il

“Olimpiya Oyunlarında iştirak et­mək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları”nın təsdiq edil­məsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2003-cü il 24 mart tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onla­rın məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2003-cü il 24 mart tarixli 39 nöm­rəli Qərarında (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2003, № 3, maddə 171 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adı və 1-ci hissə üzrə:

1.1. “Olimpiya” sözündən sonra “və Paralimpiya” sözləri əlavə edilsin;

1.2. “və” sözü vergül işarəsi ilə əvəz olunsun və “məşqçilərinə” sözündən son­ra “, milli yığma komandanın baş məşqçi­sinə və məşqçilərinə” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onla­rın məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları” üzrə:

2.1. adı üzrə:

2.1.1. “Olimpiya” sözündən sonra “və Paralimpiya” sözləri əlavə edilsin;

2.1.2. “və” sözü vergül işarəsi ilə əvəz olunsun və “məşqçilərinə” sözündən son­ra “, milli yığma komandanın baş məşq­çisinə və məşqçilərinə” sözləri əlavə edil­sin;

2.2. 1-ci hissə üzrə:

2.2.1. hər iki halda “Olimpiya” sözün­dən sonra “və Paralimpiya” sözləri əlavə edilsin;

2.2.2. birinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və “məşqçilərinə” sözündən sonra “, milli yığma komanda­nın baş məşqçisinə və məşqçilərinə” söz­ləri əlavə edilsin;

2.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qa­zanmış idmançılara, onların məşqçilə­rinə, milli yığma komandanın baş məşq­çisinə və məşqçilərinə yalnız nağdsız qaydada ödənilir.”;

2.4. 3-cü hissədə “əsas heyətin hər bir üzvünə, baş məşqçiyə və komanda­nın məşqçisinə” sözləri “idmançılara, mil­li yığma komandanın baş məşqçisinə və məşqçilərinə” sözləri ilə əvəz edilsin;

2.5. 4-cü hissə aşağıdakı redaksiya­da verilsin:

“4. Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə mini­mum əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödənilir.”;

2.6. aşağıdakı məzmunda 4-1-ci his­sə əlavə edilsin:

“4-1. Paralimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əmək­haqqının 1 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 0,5 misli məbləğində təqaüd ödənilir.”;

2.7. 5-ci hissənin ikinci cümləsinə “Olimpiya” sözündən sonra “və Paralim­piya” sözləri əlavə edilsin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları