Könüllülər ilk dəfə səs verəcək seçiciləri məlumatlandırırlar

post-img

Növbədənkənar prezident seçkilərinin azad və ədalətli keçirlməsi üçün seçicilə­rin maarifləndirilməsinin rolu böyükdür. Bu məqsədlə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) yaradılıb. AKTİ-nin üzvləri xü­susilə gənc seçicilərin maarifləndirilməsi is­tiqamətində fəaliyyətlərini genişləndiriblər. 

Mərkəzi Seçki Komissiyası ilə əmək­daşlıq çərçivəsində həyata keçirilən “Seçki könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən ölkə­mizin ümumi inkişafına böyük töhfə verən və ilk dəfə səsvermədə iştirak edəcək gənclərimizə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanı­lır. Seçki könüllüləri paytaxtın müxtəlif ərazilərində, Naxçıvan Muxtar Respub­likası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində fəaliyyət göstərəcəklər.

“Seçki könüllüləri” qrupunun məqsə­di gənclər arasında seçki hüququ və mədəniyyəti, seçkidə fəal iştirakı ehti­va edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırıl­masıdır.

Əliqismət BƏDƏLOV
XQ



Son xəbərlər