Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 22 Bakı şəhəri, 15 yanvar 2024-cü il

“İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məh­sullarının siyahısı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qa­nununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüv­vəyə minməsi və bununla bağlı hüquqi tən­zimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəa­liyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, al­koqollu içkilər və tütün məmulatları istis­na olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qayda­sı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

“İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məh­sullarının siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları