Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 23 Bakı şəhəri, 15 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məc­buri köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, ha­belə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə va­hid aylıq müavinətin ödənilməsi Qayda­sı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 125 (Cild I) ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tu­tulan şəxslər üçün yemək xərci müavinə­ti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qay­dası”nın 2.7-ci bəndində “səfərbərlikdən yayınmış” sözləri “müddətli həqiqi hərbi xidmətə və ya səfərbərlik üzrə hərbi xid­mətə çağırışdan boyun qaçırmış” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları