№ 17 Bakı şəhəri, 12 yanvar 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası”nın və “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2017-ci il 18 dekabr tarixli 564 nömrəli, “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2018-ci il 16 may tarixli 220 nömrəli, “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 17 iyul tarixli 307 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” 2019-cu il 11 mart tarixli 86 nömrəli və “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2021-ci il 25 may tarixli 150 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası”nın və “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 564 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası”nın 2.18-ci bəndində “Malların” sözü “Qida məhsullarının” sözləri ilə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na uyğun olaraq” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası”nın 2.7-ci bəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na uyğun” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddə “qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının” sözləri “qida və yem məhsullarına dair digər beynəlxalq standartların onların” sözləri ilə, “qida məhsullarının təhlükəsizliyi” sözləri “qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyət” sözləri ilə əvəz edilsin;
2.2. 2.1-ci bəndə “insanların” sözündən sonra “, həmçinin heyvanların” sözləri əlavə edilsin;
2.3. 2.2.4-cü yarımbənddə “sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin” sözləri “sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalarının” sözləri ilə əvəz edilsin;
2.4. 2.2.6-cı yarımbənddə “qida məhsullarının təhlükəsizlik və” sözləri “qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının” sözləri ilə əvəz edilsin;
2.5. 3.1.4-cü yarımbənddə “qida məhsullarının təhlükəsizliyinə” sözləri “qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə” sözləri ilə, “sanitariya norma və qaydalarını, habelə gigiyena normativlərini” sözləri “sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalarını” sözləri ilə əvəz edilsin;
2.6. 3.1.6-cı yarımbəndə “insanların” sözündən sonra “, həmçinin heyvanların” sözləri əlavə edilsin;
2.7. aşağıdakı məzmunda 3.1.6-1-ci yarımbənd əlavə edilsin:
“3.1.6-1. qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya olunması) haqqında qərarın verilməsi üçün Agentliyə elmi əsaslandırılmış təklifləri verir;”;
2.8. 3.1.9-cü yarımbənddən “insanlar üçün qida mənbəyi olan”, “insan üçün qida mənbəyi olan” sözləri çıxarılsın və həmin yarımbənddə “yem və yem əlavələrinə” sözləri “yem məhsullarına” sözləri ilə əvəz edilsin;
2.9. 3.1.11-ci yarımbənddən “məhsullarının” sözü çıxarılsın;
2.10. 3.1.15-ci yarımbənddə “milli istinad” sözləri “laboratoriyalararası müqayisəli və səriştəlilik sınaqlarının təşkili və sınaq metodlarının tətbiqi ilə bağlı əlaqələndirmənin təmin edilməsi məqsədilə istinad (referens)” sözləri ilə əvəz edilsin;
2.11. 3.1.17-ci yarımbənddə “göstəriciləri üzrə” sözləri “sahəsində” sözü ilə əvəz edilsin.
3. “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 iyul tarixli 307 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında və mətnində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”nın adında “ərzaq” sözü “qida” sözü ilə, 52-ci hissənin adında və cədvəlində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:
4.1.1. 1.1.4.5.1.2-ci və 1.1.4.5.2.2-ci yarımbəndlərdə “etil (yeyinti)” sözləri “etil (qida)” sözləri ilə əvəz edilsin;
4.1.2. 1.4.2.2.5.2-ci yarımbənddə “Qida təhlükəsizliyi sertifikatının verilməsinə görə” sözləri “İdxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq aktının və ya ixrac olunan qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsinə görə” sözləri ilə əvəz edilsin;
4.1.3. 1.4.2.2.5.4-cü yarımbənddə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına” sözləri “Qida zənciri obyektinin (subyektinin) təsdiq olunmasına” sözləri ilə əvəz edilsin;
4.2. “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.4.4-cü yarımbəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
4.3. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:
4.3.1. 6.9.0-cı yarımbəndin dördüncü abzasında və 11.2.2-ci yarımbəndin ikinci abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
4.3.2. 6.9.0-cı yarımbəndin beşinci abzasında “ərzağın” sözü “qidanın” sözü ilə əvəz edilsin;
4.3.3. 11.9.9-cu yarımbəndin altıncı abzasında “qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının” sözləri “qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasını və ya təsdiq olunmasını, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasını, idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq aktının və ya ixrac olunan qida və yem məhsullarına sağlamlıq sertifikatının” sözləri ilə, “qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları)” sözləri “qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi” sözləri ilə və “qida məhsulları istehlakçılarının” sözləri “qida və yem məhsullarının istehlakçılarının” sözləri ilə əvəz edilsin;
4.4. “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın 221600-cı maddəsində “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;
4.5. “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “221000. “Malların satınalınması” paraqrafında “Ərzaq” sözü “Qida” sözü ilə, “221600. “Ərzaq məhsullarının alınması və təminatı” paraqrafının adında “Ərzaq” sözü “Qida” sözü ilə və hər iki halda “ərzaq məhsullarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
5. “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 86 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 1.3-cü bəndində “ərzaq mallarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 150 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə – “Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları toplusu”na 1 nömrəli əlavə “Titul müvəqqəti bina və qurğuların tikintisi üzrə xərclərin smeta normaları”nın 1.13-cü bəndində “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilsin;
6.2. həmin Qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu”nun 1 nömrəli cədvəlinin 1.22-ci bəndində “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri