Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 20 Bakı şəhəri, 13 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elekt­ron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatla­rının Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Res­publikası Prezidentinin “Azərbaycan Res­publikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli və “Azərbay­can 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 2469 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barə­də” Azərbaycan Respublikası Prezidenti­nin 2023-cü il 17 iyul tarixli 3970 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbay­can Respublikasının Nazirlər Kabineti qə­rara alır: 

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2014-cü il 1 may tarixli 118 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, mad­də 547 (Cild I) ilə təsdiq edilmiş 1 nöm­rəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 26-cı hissə­sindən “Alternativ və” sözləri çıxarılsın və 26.1-ci bəndində “Alternativ və bərpa” sözləri “Bərpa” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları