Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 475 Bakı şəhəri, 25 dekabr 2023-cü il

“Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliy­yat hadisələrinin və ya digər bədbəxt hadisələ­rin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhm­dar Cəmiyyətinin yaradılması haqqında” Azər­baycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında də­yişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Dəmiryol nəqliyyatında istehsalatla əlaqə­si olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları