Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 474 Bakı şəhəri, 25 dekabr 2023-cü il

Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formalarının təsdiq edil­məsi haqqında

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda də­yişiklik edilməsi barədə” Azərbaycan Respub­likasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında də­yişiklik edilməsi haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2023-cü il 27 iyul tarixli 2253 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndi­nin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin forması” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın forması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Nəqliyyat vasitəsinin utilizasiyaya ve­rilməsi barədə təsdiqedici sənədin forması” təs­diq edilsin (3 nömrəli əlavə).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları