Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 468 Bakı şəhəri, 25 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqın­da” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qə­rarlarında dəyişiklik edilməsi haqqında

“Notariat haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanununun tətbiqi və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edil­məsi haqqında” Azərbaycan Respublikası Pre­zidentinin 2023-cü il 31 may tarixli 2159 nöm­rəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 1, maddə 169, № 3, maddə 555, № 5, maddə 967, № 6, maddə 1172, № 7, maddə 1338; 2020, № 2, maddə 202; 2022, № 8, maddə 1021, № 9, maddə 1085; Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2023-cü il 13 noyabr tarixli 411 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcla­rın icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın “Qeyd” hissəsinin 3-cü cümləsində “Bildiriş” sözü “Bildirişin surəti” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrə­li Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 76, № 5, maddələr 552, 589, № 6, mad­də 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674; 2020, № 6, maddə 783, № 10, maddələr 1282, 1299, № 12 (V kitab), maddə 1580; 2021, № 3, maddə 302, № 12, maddə 1509; 2022, № 4, maddə 414; 2023, № 5, maddə 723, № 6, maddə 851, № 8 (II kitab), maddələr 1256, 1273; Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2023-cü il 28 noyabr tarixli 428 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyi­şikliklər edilsin:

2.1. 7-ci hissənin on səkkizinci abzasının birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Notarius kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata ke­çirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətləri apardığı zaman kommersiya hüquqi şəxslərinin təsis­çiləri (iştirakçıları) və onların nizamnamə ka­pitalındakı payları, habelə kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumat­ları elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edir və bu barədə çap edilmiş arayışı müvafiq notariat hərəkəti üzrə notariusda saxlanılan işin nüsxəsinə əlavə edir.”;

2.2. 133-cü hissənin yeddinci abzası aşağı­dakı redaksiyada verilsin:

“Notarius tərcüməçi tərəfindən gücləndi­rilmiş elektron imza ilə təsdiq edilmiş tərcümə­nin düzgünlüyünü elektron qaydada təsdiq edə bilər. Bu halda notarius tərcümənin mətninə görə məsuliyyət daşımır.”;

2.3. 161-ci hissənin doqquzuncu abzasın­da “Bildiriş” sözü “Bildirişin surəti” sözləri ilə əvəz edilsin;

2.4. 209-cu hissənin üçüncü abzası aşağıda­kı redaksiyada verilsin:

“Notariat haqqında” Azərbaycan Respubli­kası Qanununun 90-cı maddəsinə uyğun olaraq notariuslar xarici ölkələrdə tərtib edilmiş sənəd­ləri aşağıdakı hallarda qəbul edirlər:

1. həmin sənədlər Azərbaycan Respublika­sının Xarici İşlər Nazirliyi, habelə Azərbaycan Respublikasının diplomatik nümayən-dəlikləri və konsulluqlarında leqallaşdırılmış olduqda;

2. “Xarici rəsmi sənədlərin leqallaşdırılma­sı tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və ya elektron formada həmin Konvensiya ilə nəzər­də tutulan şəhadətnamə (apostil) verildikdə. Bu zaman elektron formada verilmiş şəhadətnamə (apostil) “Notariat haqqında” Azərbaycan Res­publikası Qanununun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qay­daları haqqında təlimata uyğun olaraq yoxlanıl­dıqdan sonra qəbul edilir.”;

2.5. 210-cu hissə aşağıdakı redaksiyada ve­rilsin:

“210. Azərbaycan Respublikasının qanun­vericiliyində, o cümlədən Azərbaycan Respub­likasının tərəfdar çıxdığı beynəlxalq müqa­vilələrdə nəzərdə tutulduğu hallarda notariuslar xarici ölkələrdə tərtib edilmiş sənədləri leqallaş­dırılmadan və ya onlara Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə verilmədən qəbul edirlər.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları