Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 454 Bakı şəhəri, 15 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2012-ci il 3 avqust tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələlə­ri üzrə məlumatların verilməsi Qay­daları”nda və 2013-cü il 18 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsin­də dəyişiklik edilməsi haqqında” Azər­baycan Respublikasının 2023-cü il 24 fevral tarixli 828-VIQD nömrəli Qanu­nunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2012-ci il 3 avqust tarixli 167 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 816; 2015, № 5, maddə 647) ilə təsdiq edilmiş “Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi Qaydaları”nın 2.6.1.7-ci ya­rımbəndi və “Qeyd” hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2013, № 1, maddə 68; 2015, № 5, maddə 637; 2016, № 10, maddə 1726; 2018, № 5, maddə 1129) ilə təsdiq edilmiş “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6.7.4-cü yarımbənddən “, icazə blanklarının verilməsi” sözləri çıxarıl­sın;

2.2. 8.8-ci bənddə “Gömrük orqan­larına həvalə edilmiş beynəlxalq avto­mobil daşımalarını tənzimləyən “icazə” blanklarının verilməsinə nəzarəti və bu sahədə” sözləri “Beynəlxalq avtomobil daşımaları sahəsində” sözləri ilə əvəz edilsin;

2.3. 8.8.1-ci yarımbənd və “Qeyd” hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları