Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 453 Bakı şəhəri, 15 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2009-cu il 1 dekabr tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin yeni­dən qurulması və (və ya) yenidən planlaşdırılmasının razılaşdırılması haqqında Qərar”da və 2009-cu il 25 dekabr tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-ya­şayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında bildirişin forması və məz­munu”nda dəyişiklik edilməsi barə­də

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azər­baycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 730-VIQD nömrəli Qanu­nunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2009-cu il 1 dekabr tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2009, № 12, maddə 1062) ilə təs­diq edilmiş “Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaş­dırılmasının razılaşdırılması haqqında Qərar”a “təqdim edilmiş” sözlərindən sonra “və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.2-1-ci maddə­sinin tələbləri nəzərə alınmaqla əldə edilmiş” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 200 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2009, № 12, maddə 1075) ilə təsdiq edilmiş “Yaşayış sahəsinin (qey­ri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçiril­məsi (keçirilməsindən imtina) haqqın­da bildirişin forması və məzmunu”nda birinci halda “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin” sözləri “Azərbay­can Respublikası Mənzil Məcəlləsinin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və həmin Məcəllənin” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları