Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbay­can Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Nizami Fərman oğlu Novruzov 8 saylı Binəqədi birinci, Nofəl Mülazim oğlu Əhmədov 9 saylı Binəqədi ikinci, Fərid Ülfət oğlu Babayev 38 saylı Gən­cə birinci, Orxan Rasim oğlu Əzizov 114 saylı Şəki şəhər seçki dairəsi da­irə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Bəsti Leysan qızı Cəfərova 38 saylı Gəncə birinci, Tangiz Val qızı Məmmədova 114 saylı Şəki şəhər seç­ki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edil­sinlər.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər