Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 410   Bakı şəhəri, 13 noyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ­2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin  Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 322, № 12, maddə 1674; 2015, № 4, maddə 471, № 10, maddə 1228; 2018, № 7 (II kitab), maddə 1645; 2019, № 2, maddə 356; 2020, № 3, maddə 366; 2021, № 7, maddə 858; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 avqust tarixli 351 nömrəli, 2019-cu il 18 dekabr tarixli 485 nömrəli və 2022-ci il 15 mart tarixli 85 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na aşağıdakı məzmunda 227-ci və 228-ci hissələr əlavə edilsin:

 

227. Sərsəng su anbarı          Tərtər, Kəlbəcər rayonları         Fövqəladə Hallar Nazirliyinin vəsaiti
228. Suqovuşan su anbarı     Tərtər rayonu                            Fövqəladə Hallar Nazirliyinin vəsaiti
 

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları