Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 369 Bakı şəhəri, 16 oktyabr 2023-cü il

Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Azərbaycan Respublika­sının Qanununda dəyişiklik edilməsi barə­də” 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 de­kabr tarixli 743-VIQD nömrəli qanunları­nın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qə­rarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası­nın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil­məsi barədə” 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qa­nununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli 743-VIQD nömrəli qa­nunlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2007-ci il 29 yanvar tarixli 18 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2007, № 1, maddə 62; 2008, № 2, maddə 130; 2016, № 11, maddə 1976; 2017, № 5, maddə 1003; 2019, № 3, maddə 515, № 7, maddə 1320; 2021, № 3, maddə 272) ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”na aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. “Şəhid ailəsi üçün Azərbaycan Res­publikası Prezidentinin təqaüdü”nün təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanın­dan (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnforma­siya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olu­nur və ya ərizəçi tərəfindən təmin edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 10, maddə 931; 2009, № 10, maddə 846; 2016, № 11, maddə 1975; 2017, № 5, maddə 1004; 2018, № 7 (II kitab), maddə 1666; 2019, № 7, mad­də 1320; 2021, № 3, maddə 280, № 10, mad­də 1164; 2022, № 4, maddə 393) ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə ve­rilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlı­ğı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə ay­lıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Aylıq müavinətin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumat­ların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru­mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumat­ların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

2.2. 5-ci hissəyə “qəbul etdikdən” sözlə­rindən sonra “(bu Qaydanın 4-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, mad­də 1504; 2016, № 11, maddə 1976; 2017, № 5, maddə 1009; 2019, № 7, maddə 1318; 2021, № 3, maddə 273; 2022, № 8, maddə 973) ilə təsdiq edilmiş “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası”na aşağıda­kı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Təqaüdün təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi va­sitəsilə müvafiq dövlət orqanından (quru­mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumat­ların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II ki­tab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə 633, № 10, maddə 1269, № 11, maddə 1411; 2021, № 3, maddələr 281, 287, 289, № 4, maddə 404, № 5, maddə 525, № 9, maddə 1080, № 10, maddə 1163; 2022, № 8, maddə 973, № 9, maddə 1100, № 11, maddə 1339, № 12, maddə 1552; 2023, № 3, maddə 434; Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2023-cü il 27 iyul tarixli 243 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sosial müavinət­lərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda aşağıdakı dəyi­şikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 4.9-cu bənd əlavə edilsin:

“4.9. Müavinət, təqaüd və kompensasi­yanın təyin edilməsi üçün zəruri olan sənəd­lərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq döv­lət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya mə­lumatlar ərizəçidən tələb edilmir. Belə sənəd­lərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasın­da müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

4.2. həmin Qaydalara 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siya­hısı”nın 1-ci hissəsinə “tələb olunur” sözlə­rindən əvvəl və 2-ci hissəsinə “təqdim edil­məlidir” sözlərindən əvvəl “(bu Qaydaların 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları