Bakıda dövlətlərarası rabitə üzrə iclas

post-img

Oktyabrın 17-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası Bakıda keçirilib. 

İclasda MDB üzv dövlətlərinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətləri üzrə nümayəndə heyət­ləri iştirak edib. 30-cu iclas Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnfor­masiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilib.

Daha sonra, tədbir iştirakçıları qarşı­sında açılış nitqi ilə Azərbaycan Respub­likasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev çıxış edərək Azərbaycan Respublikasının rəh­bərliyi adından iclas iştirakçılarını salam­layıb. 

İclas iştirakçıları hökumət, qapa­lı və xüsusi rabitə sistemləri, eləcə də şifrələmə vasitələri üzrə əldə edilmiş təcrübə, elmi-texniki nailiyyətlərin tətbiqi, dövlətlərarası əməkdaşlığın genişlən­dirilməsi, müvafiq ixtisaslı kadrların ha­zırlanması və digər məsələləri müzakirə ediblər.

Koordinasiya Şurasının 30-cu iclası zamanı səsvermə əsasında sözügedən şuranın sədrinin müavini və aparatının sədri seçilib, iclasın yekunlarına dair pro­tokol imzalanıb.

XQ

Son xəbərlər