Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 368 Bakı şəhəri, 16 oktyabr 2023-cü il

“Bakı şəhərinin inzibati ərazisin­də avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azər­baycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 2109 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqə­dar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişik­lik edilməsi barədə

“Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəet­mənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2023-cü il 19 aprel tarixli 2109 nömrəli Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, mad­də 1134, № 9, maddə 1222, № 10, mad­də 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, № 1, maddələr 53, 70, № 4, maddələr 377, 388, 398, 415, № 5, maddə 577, № 7, maddə 811, № 8, maddə 1026, № 9, maddələr 1085, 1101, № 10, maddə 1210, № 12, maddə 1552; 2023, № 2, maddə 320, № 4, maddə 588, № 5, mad­də 737; Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2023-cü il 11 iyul tarixli 226 nömrəli, 19 iyul tarixli 233 nömrəli, 4 avqust tarixli 265 nömrəli və 5 avqust ta­rixli 286 nömrəli qərarları) ilə təsdiq edil­miş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın 191-ci hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316; 2021, № 2, maddə 203, № 4, maddələr 416, 418, № 9, maddə 1064, № 12, maddə 1510; 2022, № 4, maddə 381, № 6, maddə 685, № 11, maddə 1351, № 12, maddələr 1550,1552; 2023 № 3, maddə 420, № 5, maddə 741) ilə təsdiq edilmiş “Dövlət in­formasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın 6-cı hissəsinin 68-ci sətri ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2022, № 1, maddə 76) ilə təsdiq edilmiş “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın 1.5-ci bəndinin birinci cüm­ləsində “Bakı Nəqliyyat Agentliyinin” söz­ləri “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli­yindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları