Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 367 Bakı şəhəri, 16 oktyabr 2023-cü il

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəq­liyyat vasitələrindən istifadə qayda­larının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747; 2012, № 8, maddələr 827, 830; 2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, maddə 1218; 2014, № 1, maddələr 51, 69, № 2, maddə 201, № 4, maddə 441, № 5, maddələr 572, 594, № 6, maddə 747, № 8, maddə 1015, № 12, maddələr 1658, 1666; 2015, № 2, maddə 227, № 11, maddə 1417; 2016, № 3, maddə 609, № 4, maddə 831, № 5, maddə 955, № 7, maddə 1353, № 8, maddə 1437, № 9, maddələr 1585, 1589, № 12, maddə 2241; 2017, № 5, maddə 966, № 10, maddələr 1890, 1919, № 11, maddə 2168, № 12 (II kitab), maddələr 2476, 2487, 2507; 2018, № 3, maddələr 588, 632, № 6, maddə 1374, № 7 (II kitab), maddə 1668, № 8, maddə 1807, № 9, maddə 1906, № 10, maddələr 2142, 2172, № 11, maddə 2426; 2019, № 3, maddələr 529, 563; 2020, № 2, maddə 204, № 4, maddə 500, № 5, maddə 652, № 8, maddə 1123, № 9, maddə 1217, № 10, maddələr 1258, 1296, № 11, maddə 1405, № 12 (V kitab), maddə 1616; 2021, № 2, maddə 203, № 3, maddələr 265, 276, № 4, maddə 420, № 6 (IV kitab), maddə 682; 2022, № 1, maddə 59, № 3, maddə 277, № 4, maddələr 387, 411, № 5, maddə 544, № 6, maddə 683, № 7, maddə 811, № 9, maddələr 1083, 1109, № 11, maddə 1356, № 12, maddələr 1552, 1560; 2023, № 5, maddə 734, № 7, maddə 1073; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 270 nömrəli, 12 sentyabr tarixli 320 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşki­latlarda (hərbi qurumlar, dövlət təhlükə­sizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat va­sitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları”nın 4-cü hissəsinin ikinci abzasında “Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat” sözləri “Nəqliyyat” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları