Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 366 Bakı şəhəri, 16 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarix­li 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi Ovçuluq İttifaqı” Məhdud Mə­suliyyətli Cəmiyyətinin Nizamnamə­si”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Media haqqın­da” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qa­nununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fər­manının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 199; 2016, № 3, maddə 582; 2017, № 9, maddə 1757; 2019, № 3, maddə 562, № 4, maddə 756, № 5, mad­də 952; 2020, № 5, maddə 653; 2022, № 2, maddə 186; 2023, № 3, maddə 442) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Hər­bi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.10-cu yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları