Putin Rusiya və Çinin dünyada bərabərhüquqlu əməkdaşlıq istəyini açıqlayıb

post-img

Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən “Bir kəmər, bir yol” forumunun açılışındakı çıxışında Rusiya Federasiyası ilə Çinin dünyada bərabərhüquqlu əməkdaşlığa can atdığını bildirib. Onun sözlərinə görə, həm Çin, həm də Rusiya “hər bir dövlətin öz inkişaf modelinə olan hüquqlarına” hörmət edir.

“Biz dəfələrlə qeyd etmişik ki, Rusiya və Çin, dünyanın əksər ölkələri kimi, sivilizasiya müxtəlifliyinə və hər bir dövlətin öz inkişaf modeli üzərində hüququna hörmət etməklə, universal davamlı və uzunmüddətli iqtisadi tərəqqiyə və sosial rifaha nail olmaq üçün bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq arzusunu bölüşürlər. ”, - deyə cənab Putin vurğulayıb.

Həmçinin çıxışında Rusiya prezidenti Çinə bütün inkişaf planlarının həyata keçirilməsində uğurlar arzulayıb. 

Daha əvvəl forumun açılışı zamanı Çin lideri Si Cinpin bildirmişdi ki, Pekin birtərəfli sanksiyaların tətbiqinə və məcburedici siyasətdən istifadəyə qəti şəkildə qarşıdır. Si Cinpin vurğulayıb ki, Çin tək özü üçün təcrid olunmuş modernləşməni həyata keçirmir, o, istisnasız olaraq bütün dünya ölkələrinin modernləşdirilməsini həyata keçirmək üçün səy göstərməyə hazırdır.

S.ELAY

XQ

Dünya