Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 346 Bakı şəhəri, 28 sentyabr 2023-cü il

“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına is­tehsal edilən elektrik enerjisinin güc həddi­nin müəyyən edilməsi haqqında

“Elektrik enerjisi istehsalında bərpa olu­nan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiq edil­sin (əlavə olunur).

2. Aktiv istehlakçı tərəfindən bərpa olu­nan enerji mənbələri hesabına elektrik ener­jisi istehsal edən elektrik stansiyasının gücü 150 kVt (150 kVt da daxil olmaqla) həddində müəyyən edilsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının nor­mativ hüquqi aktlarının hazırlanması və qə­bul edilməsi qaydası haqqında Əsasnamə”­nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr  tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi

QAYDALARI

 

1.             Ümumi müddəalar

 

1.1.   Bu Qaydalar “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 10.4-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydalarını müəyyən edir.

1.2.   Bu Qaydaların məqsədi aktiv istehlakçının elektrik stansiyası vasitəsilə bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürmək, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilməsi ilə bağlı dəstəklənməsi mexanizminin tətbiqindən ibarətdir.

1.3.   Bu Qaydalar elektrik enerjisi istehlakını tam və ya qismən təmin etmək məqsədilə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən aktiv istehlakçılara şamil edilir.

1.4.   Aktiv istehlakçının tikinti obyektinin güc həddi texniki şərtlərdə nəzərdə tutulan tələblərə əsasən müəyyənləşdirilir.  Aktiv istehlakçının elektrik stansiyasının maksimal güc həddi aktiv istehlakçının tikinti obyektinin güc həddi ilə məhdudlaşdırılır.

1.5.   Aktiv istehlakçıların vergiyə cəlb edilməsi, vergidən azad olması və onlara vergi güzəştlərinin tətbiqi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq tənzimlənir.

1.6.   Aktiv istehlakçı istehsal etdiyi elektrik enerjisi ilə bağlı  Qanunun 10.1-ci və 10.2-ci maddələrinə uyğun olaraq birtipli alqı-satqı müqaviləsi əsasında yalnız enerji təchizatı müəssisəsi ilə hesablaşa və ya onu əvəzləşdirə bilər.

1.7.   Aktiv istehlakçı və enerji təchizatı müəssisəsi arasında bu Qaydalarla tənzimlənməyən münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” ilə tənzimlənir.

1.8.     Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.8.1.   aktiv istehlakçı – elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs;

1.8.2.   elektrik stansiyası – bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üçün lazım olan qarşılıqlı əlaqəli avadanlıq və onlara aid tikililərin kompleksi;

1.8.3.   enerji təchizatı müəssisəsi – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs;

1.8.4.   texniki şərt – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi və ya qəbul edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;

1.8.5.   balans mənsubiyyəti sərhədi – enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında elektrik qurğularının, habelə elektrik stansiyasının balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;

1.8.6.   sayğac – elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən ölçmə cihazı;

1.8.7.   əvəzləşdirmə – hesabat ili ərzində hər ay üzrə aktiv istehlakçı tərəfindən enerji təchizatı şəbəkəsinə ötürülmüş və enerji təchizatı şəbəkəsindən alınmış elektrik enerjisinin mübadiləsi;

1.8.8.   hesablaşma – əvəzləşdirmənin nəticəsinə əsasən qalıq elektrik enerjisinin dəyərinin ödənilməsi; 

1.8.9.   aktiv istehlakçının balansı – bu Qaydaların 5.1-ci bəndində qeyd edilən düstur vasitəsilə hesablanan və əvvəlki hesabat dövrünün nəticəsi nəzərə alınmaqla cari hesabat dövründə əvəzləşdirmə nəticəsində yaranmış fərq;

1.8.10.   qalıq elektrik enerjisi – hesabat dövründə əvəzləşdirmənin nəticəsinə uyğun olaraq aktiv istehlakçının balansında qeyd edilən elektrik enerjisinin həcmi;

1.8.11.   hesabat dövrü - elektrik təchizatı şəbəkəsinə ötürülən və şəbəkədən alınan  elektrik enerjisinin həcminin müəyyənləşdirilməsi üçün 1 (bir) aylıq dövr;

1.8.12.   hesabat ili - təqvim ilinin 1 yanvar tarixindən 31 dekabr tarixinədək olan dövrü.

1.9.   Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

2.             Aktiv istehlakçının dəstəklənməsi mexanizminin mərhələləri

 

2.1.     Bu Qaydalara əsasən aktiv istehlakçının dəstəklənməsi mexanizmi mərhələləri aşağıdakılardır:

2.1.1.   aktiv istehlakçının elektrik stansiyasının layihələndiril-məsi, tikintisi və quraşdırılması;

2.1.2.   tikinti obyektinin elektrik təchizatı şəbəkəsinə qoşulması;

2.1.3.   istehsal edilmiş elektrik enerjisinin istehlakdan artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürülməsi;

2.1.4.   aktiv istehlakçının istehlak etdiyi elektrik enerjisi istehsalından çox olduğu təqdirdə, elektrik təchizatı şəbəkəsindən aid olduğu istehlakçı qrupuna uyğun pərakəndə satış tarifi ilə elektrik enerjisinin alınması;

2.1.5.   bu Qaydaların 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərinə uyğun olaraq elektrik enerjisinin ötürülməsi və alınması ilə bağlı aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması;

2.1.6.   bu Qaydaların 2.1.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda əvəzləşdirmə ilə bağlı yaranmış qalıq elektrik enerjisinin dəyərinin cari hesabat dövrü üçün müvafiq topdansatış tarifi ilə aktiv istehlakçıya ödənilməsi.

 

1.3.1. 

a. 

b. 

 

3.   Tikinti obyektlərinin (elektrik stansiyalarının) layihələndirilməsi, tikintisi, quraşdırılması və enerji təchizatı şəbəkəsinə qoşulması

 

3.1.   Aktiv istehlakçıların tikinti obyektlərinin layihələndirilməsi, tikintisi və quraşdırılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

3.2.   Aktiv istehlakçıların tikinti obyektləri üzrə texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması sahibkarlara münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə, məişət abonentlərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə tənzimlənir.  

3.3.   Tikinti obyektinin şəbəkəyə qoşulma haqqı sahibkar olan aktiv istehlakçılar üzrə “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli Qərarına, məişət abonenti olan aktiv istehlakçılar üzrə isə “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli Qərarına əsasən müəyyən edilir.

3.4.   İstehlakçı aktiv istehlakçı qismində enerji təchizatı müəssisəsinə müraciət etdikdə qoşulma haqqı ödənilmədən mövcud qoşulmuş güc həcmində yeni texniki şərt alır. 

3.5.  Aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında əvəzləşdirmənin və hesablaşmanın aparılması üçün bu Qaydaların 2 nömrəli əlavəsində qeyd edilən formada qoşulma aktı tərtib edilir və bu Qaydaların 1 nömrəli əlavəsində qeyd edilən formada birtipli elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır.

 

4.             Sayğacların quraşdırılması və istismarı

 

4.1.   Aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında əvəzləşdirmə və hesablaşma  Qanunun 10.3-cü maddəsinə uyğun olaraq onların balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik təchizatı şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən, məsafədən idarə olunan sayğacın göstəricilərinə əsasən aparılır. Sayğacların quraşdırılması və onlara elektrik xəttinin çəkilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli  40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası” ilə tənzimlənir.  

4.2.   Aktiv istehlakçı öz vəsaiti hesabına sayğac quraşdırmalı və onu elektrik təchizatı şəbəkəsinə qoşmalıdır.

4.3.  Aktiv istehlakçı sayğacda yaranmış nasazlıqlar və onun qoşulma sxeminin pozulması barədə enerji təchizatı müəssisəsinə məlumat verməlidir.

4.4.  Enerji təchizatı müəssisəsinin təqsirindən sayğac zədələndikdə və ya qoşulma sxemi pozulduqda, bu halların aradan qaldırılması  ilə bağlı təmir işləri  enerji təchizatı müəssisəsinin vəsaiti hesabına yerinə yetirilir.

 

5.            Əvəzləşdirmənin aparılması qaydası

 

5.1.   Hesabat dövrü üzrə aktiv istehlakçının balansı aşağıdakı düsturla hesablanır:

 

 

Bn= Bn-1 + (Ön-An)

 

 

Burada:

 

Bn – aktiv istehlakçının cari hesabat dövrü üzrə balansı;

Bn-1 - aktiv istehlakçının əvvəlki hesabat dövrü üzrə balansı;

Ön – cari hesabat dövründə elektrik təchizatı şəbəkəsinə ötürülən enerjinin həcmi;

An – cari hesabat dövründə elektrik təchizatı şəbəkəsindən alınan enerjinin həcmi; 

n – təqvim ayı.

 

5.2.   Əvəzləşdirmə aşağıdakı qaydada həyata keçirilir:

5.2.1.    aktiv istehlakçı tərəfindən hesabat dövründə enerji təchizatı şəbəkəsinə ötürülən elektrik enerjisi şəbəkədən alınan elektrik enerjisindən çox olarsa, hesabat dövrü əvvəlinə olan balans nəzərə alınmaqla aktiv istehlakçının balansı cari ayın bildirişində əks olunur;

5.2.2.    əvəzləşdirmə hər bir növbəti hesabat dövründə əvvəlki hesabat dövrünün balansı nəzərə alınmaqla hesabat ilinin sonuna qədər davam etdirilir;

5.2.3.    hesabat dövründə elektrik təchizatı şəbəkəsindən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən çox olduqda, aktiv istehlakçının balansı yaranmış fərqə uyğun olaraq azaldılır; 

5.2.4.    növbəti hesabat dövründə əvvəlki hesabat dövrünün balansı nəzərə alınmaqla, elektrik təchizatı şəbəkəsinə ötürülən elektrik enerjisinin həcmi şəbəkədən alınan elektrik enerjisinin həcmindən az olarsa bu Qaydaların 6.1.1-ci yarımbəndinə uyğun olaraq balansın sıfırlanması təmin edilir;

5.2.5. aktiv istehlakçının balansı haqqında məlumatlar bu Qaydaların 5.3-cü bəndi ilə müəyyən edilən qaydada aktiv istehlakçıya göndərilir.

5.3.  Sayğacın göstəricisinin qeyd edilməsi və bildirişin yazılması enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir və bildiriş aktiv istehlakçıya təqdim edilir və ya aktiv istehlakçının təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilir.

 

6.            Hesablaşmanın aparılması qaydası

 

6.1.     Aktiv istehlakçı və enerji təchizatı müəssisəsi arasında hesablaşma aşağıdakı qaydada həyata keçirilir: 

6.1.1. hesabat dövründə elektrik təchizatı şəbəkəsindən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən çox olduqda və yaranmış fərqi əvəzləşdirmək üçün aktiv istehlakçının balansında kifayət qədər elektrik enerjisi olmadıqda, aktiv istehlakçının balansı yaranmış fərqə uyğun olaraq sıfırlanır və qalıq elektrik enerjisinin dəyəri özünün aid olduğu istehlakçı qrupuna uyğun cari hesabat dövrü üçün müvafiq pərakəndə satış tarifi ilə enerji təchizatı müəssisəsi tərəfindən bildiriş təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində ödənilir;

6.1.2. əvəzləşdirmə hesabat ilinin sonunda yekunlaşdırılır. Aktiv istehlakçının balansı müsbət olduqda (hesabat ilinin sonunda elektrik təchizatı şəbəkəsinə ötürülən enerjinin həcmi elektrik təchizatı şəbəkəsindən alınan enerjinin həcmindən artıq olarsa) enerji təchizatı müəssisəsi qalıq elektrik enerjisinin dəyərini cari hesabat dövrü üçün müvafiq topdansatış tarifi ilə aktiv istehlakçının bank hesabına ödəyir. 

6.2.     Hesabat ilinin sonunda yaranmış qalıq elektrik enerjisinin dəyəri enerji təchizatı müəssisəsi tərəfindən bildiriş təqdim edildikdən (göndərildikdən) sonra  1 (bir) ay müddətində aktiv istehlakçının bank hesabına ödənilir.

“Aktiv istehlakçının dəstəklənməsi

mexanizminin tətbiqi Qaydaları”na

 

1 nömrəli əlavə

 

Aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli

 

MÜQAVİLƏSİ

 

Biz, aşağıda imza edənlər aktiv istehlakçı adından __________

_____________________________________________şəxsində və

(soyadı, adı, atasının adı, vəzifəsi (hüquqi şəxs olduqda)

enerji təchizatı müəssisəsi adından __________________________

                                                                                    (vəzifəsi)

_______________________________________________ şəxsində

( soyadı, adı, atasının adı)

tərəflər arasında elektrik enerjisinin alqı-satqı Müqaviləsi bağlanılır.

 

Müqavilənin şərtləri

 

1.               Tərəflər elektrik təchizatı şəbəkəsinə ötürülmüş və şəbəkədən alınmış elektrik enerjisinin əvəzləşdirməsi və hesablaşması ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nı və “Elektrik enerjisindən istifadə Qaydaları”nı rəhbər tuturlar.

2.               Müqavilənin şərtlərinə əsasən aktiv istehlakçı qalıq elektrik enerjisini enerji təchizatı müəssisəsinə ötürülməsini, enerji təchizatı müəssisəsi isə həmin elektrik enerjisinin dəyərini aktiv istehlakçıya ödənilməsini təmin edir.

3.               Aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu Müqaviləyə əlavə olunmuş aktla müəyyən edilir.

4.               Elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən,  məsafədən idarə  olunan sayğaclar (bundan sonra – sayğac):_______________________ kV gərginlik tərəfində

______________________________________________________

(elektrik stansiyasının (tikinti obyektinin) adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi)

______________________________________________________

(elektrik stansiyasının (tikinti obyektinin) adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi)

5.               Elektrik enerjisinə görə hesablaşmalar tərəflərin elektrik təchizatı şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış sayğacın göstərişinə əsasən aparılır.

6.               Əvəzləşdirməyə görə hesablaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın 6-cı hissəsinə  uyğun olaraq aşağıdakı qaydada aparılır:

6.1.  Hesabat ilinin sonunda əvəzləşdirmənin yekununa əsasən enerji təchizatı müəssisəsi tərəfindən aktiv istehlakçılara qalıq elektrik enerjisinə görə ödəniş olduqda, elektrik enerjisinə görə hesablaşmalar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə müvafiq olaraq topdansatış tarifi üzrə aparılır. Cari hesabat dövrü üçün 1 kVt.s aktiv elektrik enerjisi______ manat - (ƏDV)=_____manat.

6.2.  Hesabat dövründə aktiv istehlakçı əvəzləşdirmənin yekununa əsasən şəbəkədən alınmış qalıq elektrik enerjisinə görə enerji təchizatı müəssisəsinə ödəniş etməli olduqda, elektrik enerjisinə görə hesablaşmalar 1 kVt.s aktiv elektrik enerjisinin cari hesabat dövrü üçün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə müvafiq olaraq pərakəndə satış tarifi üzrə aparılır.

6.3.  Tarif qiymətləri dəyişdikdə bu Müqavilədə müvafiq dəyişikliklər edilir.

7.   Elektrik enerjisinə görə əvəzləşdirmə üzrə hesabat dövrü 1 (bir) ay qəbul edilir.

8.   Aktiv istehlakçının balansı üzrə hesablaşma hesabat ilinin sonunda aparılır. Hesabat ili təqvim ilinin 1 yanvar tarixindən 31 dekabr tarixinədək olan dövr hesab edilir.

9.   Enerji təchizatı müəssisəsi hesabat dövründə aktiv istehlakçının balansı haqqında məlumatları növbəti hesabat dövrünün (ayının) ________ -dək aktiv istehlakçıya təqdim edir.

10.            Aktiv istehlakçı tərəfindən qalıq elektrik enerjisinə görə ödəniş edilməli olduqda, bildiriş təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində hesabat dövründəki elektrik enerjisinin dəyəri ödənilir.

11.            Hesabat ilinin sonunda yaranmış qalıq elektrik enerjisinin dəyəri enerji təchizatı müəssisəsi tərəfindən bildiriş təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində aktiv istehlakçının bank hesabına ödənilir. 

12.            Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri aktiv istehlakçının sayğacına baxış keçirmək və göstəricisini yazmaq üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri aktiv istehlakçının tələbi ilə xidməti vəsiqəni təqdim etməlidirlər.

13.            Elektrik enerjisindən istifadədə mübahisələr yarandıqda, aktiv istehlakçı və ya enerji təchizatı müəssisəsi müvafiq olaraq inzibati qaydada və ya “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə müraciət edə bilər.

14.            Tərəflər öz rekvizitlərinin dəyişdirilməsi barədə bir-birilərini dəyişikliyin baş verdiyi tarixdən 3 (üç) gün müddətində yazılı formada məlumatlandırırlar. 

15.            Bu Müqavilə eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib olunmuşdur. Onlardan biri aktiv istehlakçıya, digəri isə enerji təchizatı müəssisəsinə verilir.

16.            Tərəflərin hesablaşma hesabları:

 

Aktiv istehlakçının bank hesabı  

______________________________

                                 (adı, ünvanı)

 

Bank rekvizitləri: H/h №                           ___________

VÖEN:                                                      ___________

Kod:                                                          ___________

VÖEN:                                                      ___________

M/h №:                                                     ___________

 

Enerji təchizatı müəssisəsinin bank hesab

_______________________

                      (adı, ünvanı)

 

Bank rekvizitləri: H/h №                           ___________

VÖEN:                                                      ___________

Kod:                                                          ___________

VÖEN:                                                      ___________

M/h №:                                                      ___________

 

İmzalar:

 

 

Aktiv istehlakçı                                     Enerji təchizatı müəssisəsi

 

______________________  ________________________________

______________________  ________________________________ 

    (soyadı, adı, atasının adı)           (vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Aktiv istehlakçının dəstəklənməsi

mexanizminin tətbiqi Qaydaları”na

 

2 nömrəli əlavə

 

Aktiv istehlakçının elektrik təchizatı şəbəkəsinə qoşulma

 

AKTI

____   ________ 20___    il                                 ______şəhəri (rayonu)

 

Biz, aşağıda imza edənlər enerji təchizatı müəssisəsi adından _

_____________________________________________şəxsində və 

(vəzifəsi, soyadı, adı, atasının adı)

aktiv istehlakçı  adından ___________________________________

_______________________________________________ şəxsində 

(soyadı, adı, atasının adı, vəzifəsi (hüquqi şəxs olduqda adı, hüquqi ünvanı və VÖEN-i, səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı)

______________________________________________________

______________________________________________________

(tikinti obyektinin yerləşdiyi ünvan)

ünvanında yerləşən tikinti obyektinədək quraşdırılmış elektrik xətləri və qurğularına, habelə elektrik stansiyasına baxış keçirdik. Elektrik xətləri və qurğuların, habelə elektrik stansiyasının layihəyə və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun quraşdırıldığı və elektrik şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edildi. 

Layihə sənədi  №___________     __________tarixində verilmişdir.

Qeyd edilənləri nəzərə alaraq, aktiv istehlakçının elektrik stansiyasının elektrik təchizatı şəbəkəsinə qoşulmasına qərar verildi.

Qoşulma başa çatdırıldı:      ____________                _____________

                                                           (tarix)                                              (saat)

İmzalar:  

 

                    _______________________________________________

(soyadı, adı)

_________________________________________________________________________

(soyadı, adı)

 

M.Y.      

 

 

“Aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli

Müqaviləsi”nə

 

əlavə

 

 

Enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında

 

AKT

 

 

“____” _________ 20____  il                      _________ şəhəri (rayonu)

 

Biz, aşağıda imza edənlər_________________________________

enerji təchizatı müəssisəsi adından __________________________

                                                                                       (vəzifəsi)

____________________________________________  şəxsində və

                                      (soyadı, adı, atasının adı)

____________________________________aktiv istehlakçı adından

_________________________________________ şəxsində tərəflər

     (soyadı, adı, atasının adı, vəzifəsi (hüquqi şəxs olduqda)

arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədini “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5-ci hissəsinə uyğun olaraq aşağıdakı kimi müəyyən edirik:

______________________________________________________

(elektrik stansiyasının (tikinti obyektinin) adı,  elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)

______________________________________________________

(elektrik stansiyasının (tikinti obyektinin) adı,  elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)

______________________________________________________

(elektrik stansiyasının (tikinti obyektinin) adı,  elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)

 

İmzalar:

 

 

Aktiv istehlakçı                                          Enerji təchizatı müəssisəsi

 

Nazirlər kabinetinin qərarları