Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 325 Bakı şəhəri, 13 sentyabr 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 40 nömrəli, “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 32 nömrəli, “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 1 may tarixli 78 nömrəli, “Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 may tarixli 205 nömrəli, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 4 dekabr tarixli 522 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 816-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 4, maddə 386; 2006, № 5, maddə 463, № 9, maddə 822; 2008, № 2, maddə 125, № 8, maddə 782; 2011, № 5, maddə 455; 2012, № 5, maddə 487, № 7, maddə 776, № 9, maddə 921; 2013, № 5, maddə 575, № 8, maddə 1021, № 11, maddə 1462; 2015, № 4, maddələr 463, 467; 2016, № 2 (II kitab), maddə 386, № 4, maddə 810; 2017, № 4, maddələr 620, 645; 2018, № 5, maddə 1119, № 10, maddələr 2166, 2175, № 11, maddə 2442; 2021, № 7, maddə 881; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 may tarixli 156 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 2.2-ci bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 221; 2003, № 6, maddə 342; 2004, № 4, maddə 287; 2005, № 1, maddə 49, № 2, maddə 122; 2006, № 2, maddə 185, № 10, maddə 903; 2010, № 3, maddə 263, № 12, maddə 1123; 2015, № 10, maddə 1223; 2016, № 9, maddə 1585; 2018, № 9, maddə 1949, № 12 (II kitab), maddə 2732; 2023, № 2, maddə 310) ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 4.5-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 359; 2005, № 1, maddə 49, № 9, maddə 855; 2008, № 2, maddə 108; 2015, № 1, maddə 67; 2016, № 12, maddə 2225; 2018, № 4, maddə 801; 2019, № 12, maddə 2082; 2021, № 5, maddə 520) ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin üçüncü abzasında “kütləvi informasiya vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 976) ilə təsdiq edilmiş “Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”nın 2.13-cü bəndinin birinci cümləsində “kütləvi informasiya vasitələri vasitəsilə” sözləri “media ilə” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2725; 2020, № 11, maddə 1408; 2022, № 4, maddə 380, № 11, maddə 1347, № 12, maddə 1534) ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 16.1-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri