Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 302 Bakı şəhəri, 4 sentyabr 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2008-ci il 6 may tarixli 108 nömrəli, “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 3 aprel tarixli 52 nömrəli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli, “Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2009-cu il 24 dekabr tarixli 198 nömrəli, “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 20 avqust tarixli 153 nömrəli və “Köçürülmə planı və ya köçürülmə təlimatını hazırlayan şəxs və ya təşkilatın seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 21 aprel tarixli 55 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 814-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 6 may tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 431; 2016, № 11, maddə 1924) ilə təsdiq edilmiş “Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinin birinci abzasında “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 270; 2016, № 4, maddələr 803, 813; 2017, № 4, maddə 649, № 5, maddə 979; 2018, № 7 (II kitab), maddə 1625, № 9, maddə 1919; 2019, № 1, maddə 160, № 12, maddə 2094; 2020, № 12 (II kitab), maddə 1614; 2021, № 4, maddə 411) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
2.2. həmin Qaydaya 7 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”nin 2.16-cı bəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107, № 7 (II kitab), maddə 1625, № 9, maddə 1920, № 10, maddə 2175, № 11, maddələr 2443, 2444; 2019, № 1, maddə 161, № 3, maddələr 515, 569, № 12, maddə 2094; 2020, № 9, maddə 1239, № 10, maddələr 1281, 1291; 2021, № 4, maddə 411; 2022, № 4, maddə 383, № 9, maddə 1099, № 12, maddə 1552; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 may tarixli 156 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.12-ci bənddə “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrində” sözləri “Azərbaycan Respublikasında yayımlanan media məhsullarında” sözləri ilə əvəz edilsin;
3.2. 4.13-cü bənddə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;
3.3. 11.1.8-ci yarımbənddə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;
3.4. 13.3.4-cü yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “media ilə” sözləri ilə əvəz edilsin;
3.5. 13.3.5-ci yarımbənddə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1073; 2010, № 4, maddə 354; 2014, № 9, maddə 1137; 2016, № 9, maddə 1585; 2017, № 3, maddə 495, № 4, maddə 643; 2020, № 10, maddə 1294; 2021, № 9, maddə 1087; 2022, № 8, maddə 1023) ilə təsdiq edilmiş “Ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin tanınması Qaydaları”nın 4.3-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 762; 2012, № 5, maddə 494; 2013, № 6, maddə 752; 2016, № 6, maddə 1187, № 8, maddə 1449, № 9, maddə 1564; 2017, № 3, maddə 483; 2018, № 9, maddə 1948; 2019, № 2, maddə 338; 2022, № 8, maddə 1000) ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 10.12-ci bəndində “KİV-lə (kütləvi informasiya vasitələri ilə)” sözləri “media ilə” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 aprel tarixli 55 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 370) ilə təsdiq edilmiş “Köçürülmə planı və ya köçürülmə təlimatını hazırlayan şəxs və ya təşkilatın seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsində və 3.16-cı bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

