Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 304 Bakı şəhəri, 5 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral ta­rixli 829-VIQD nömrəli Qanununun icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qəra­ra alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 62; 2022, № 5, maddələr 550, 567; 2023, № 2, maddə 293, № 5, maddə 724) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən döv­lət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlir-lərinin proq­nozlaşdırılması Qaydası”nın 4.10.11-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü abzasda (hər iki halda) “hə­min ərazidən sərnişin və yük daşınma­sı üçün istifadə edən avtonəqliyyat va­sitələrinin sahibləri olan qeyri-rezident” sözləri “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlət­lərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəq­liyyat vasitəsini idarə edən” sözləri ilə əvəz edilsin.

2. 3.4-cü abzasın sonunda nöqtə­li vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 3.5-ci abzas ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları