Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 305 Bakı şəhəri, 5 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandır­ma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunlu­ğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli və “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın təsdiq edilməsi haqqında” 2016-cı il 5 iyul tarixli 264 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezi­dentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təs­diq edilməsi, qüvvəyə minməsi və bu­nunla bağlı hüquqi tənzimləmə haqqın­da” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli və “Tikin­ti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2081 nömrəli Fərmanının ic­rasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 58, № 10, maddə 1210; 2016, № 2 (II kitab), maddə 364; 2017, № 3, maddə 515; 2018, № 5, mad­də 1138, № 8, maddə 1819; 2019, № 7, maddə 1358, № 12, maddə 2074; 2020, № 6, maddə 812, № 10, maddə 1297; 2021, № 2, maddə 195, № 4, maddə 400) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bit­diyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılma­sı sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl pla­nın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdi­rilməsi Qaydaları”nda aşağıdakı dəyi­şikliklər edilsin:

1.1. 2.2-ci bəndə “Dövlət Turizm Agentliyinin” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri əlavə edilsin;

1.2. 3.2-ci bəndə “inzibati ərazisin­də” sözlərindən sonra “(Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə)” sözləri əlavə edil­sin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1344; 2019, № 7, maddə 1358; 2020, № 6, maddə 812) ilə təs­diq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın 2.1-ci bəndinə “həmin qərarın” sözlərindən sonra “, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhərinin əra­zisində yerləşən abidələrə təhlükə ya­radan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişi olduğu halda, həmin göstərişin” sözləri əlavə edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları